Mərhum Qarabağ qazisinin adı ilə onun həyat yoldaşını necə aldadıblar?

Bu gün, 12:31           
Mərhum Qarabağ qazisinin adı ilə onun həyat yoldaşını necə aldadıblar?
Gəncədə mərhum Qarabağ qazisinin həyat yoldaşı dələduzluğa məruz qalıb.
Bizimyol.info xəbər verir ki, Qarabağ qazisinin xanımı mərhum ərinə görə avtomobil, 2 otaqlı mənzil veriləcəyi vədləri ilə aldadılaraq, bir neçə dəfə onun pulunu ələ keçiriblər. Ona qarşı dələduzluq edən şəxs Şəki rayonu, Böyük Dəhnə kənd sakini Elnur adlı şəxs zərərçəkmişlə danışıq zamanı özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edib. Nəcibə xanıma deyib ki, vəfat etmiş əri Qarabağ qazisi olduğu üçün onun ailəsinə avtomobil düşür, bu məsələdə onlara kömək edə bilər: Qadın da ona inanıb. Onunla Gəncədə Mərkəzi Univermağın yanında görüşərək, “Naz Lifan” narkalı avtomobil alınmasında yardım üçün istədiyi 3000 manatı verib. Daha sonra bildirib ki, mərhum həyat yoldaşına görə sosial ev də ala bilər. 5000 manat da bu məqsədlə istəyib və alıb. Ardınca daha 1000 manat alınıb.

Təqsirləndirilən şəxs inandırıcı olsun deyə, Gəncədə kirayə ev tutub, həmin evə Nəcibə xanımı apararaq yalandan ona həmin evi göstərib, orada təmir getdiyi üçün hələ qala bilməyəcəyini bildirib. Bu səbəblə evin açarını ona vermədiyini söyləyib. O, himayəsində 4 övladı olduğunu, vərəm xəstəliyindən əziyyət çəkdiyini və Nəcibə xanımdam aldığı pulları müalicəsinə xərclədiyini qeyd edib. Vurduğu ziyandan cəmi 1800 manat zərərçəkmişə qaytarıb, qalan pulu isə maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirib. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini istəyib.

Zərərçəkmiş ondan ümumilikdə 12 min manat pul alındığını, cəmi 1800 manat qaytarıldığını bildirib. Onun sözlərinə görə, pulun qalan hissəsini istəyəndə təqsirləndirilən şəxs onu hədələyirdi: “Deyirdi ki, dəlixanada yatmışam, başına oyun açaram”.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə 2 il azadlıqdan məhrum edilib.
Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru