İxtisassızlar toplusu GDU - payızda Akkreditasiya şəhadətnaməsi ala biləcəkmi?

Bu gün, 08:18           
İxtisassızlar toplusu GDU -
Ötən il noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.

Və o vaxt “Azərbaycan müəllimi” xəbər verirdi ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 3 ali təhsil müəssisəsində (Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə yekunlaşmış proqram akkreditasiya qiymətləndirilməsinin, 4 ali təhsil müəssisəsində (ADA Universiteti və Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti və Inha Universiteti) yekunlaşmış Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyələşdirilən 11 ikili diplom proqramları üzrə akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb və müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.

Səsvermənin nəticələrinə uyğun olaraq, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının proqram akkreditasiya nəticələri “qismən uyğundur”, Gəncə Dövlət Universitetinın (GDU) proqram akkreditasiya nəticəsi isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il müddətinə uzadılması və hər üç ali təhsil müəssisəsinin təhsil proqramının 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

GDU-nun ibtidai sinif müəllimliyi ixtisasının akkreditasiya komissiyasından keçməməsinin səbəbi isə ilk olaraq universitet rəhbərliyinin adı gedən fakultə üzrə kadr siyasətinin düzgün aparılmamasından irəli gəlib. Komissiyanın təhlilinə görə pedaqoji fakultənin dekanının müvafiq sahənin mütəxəssisi olmaması, proqramın səmərəli təşkilini məhdudlaşdırmışdır (İrad 8 səh71).

İlk olaraq qeyd edək ki, pedaqoji fakultənin dekanı Zaur Hüseynzadə ixtisasca idmançıdır. Dekan vəzifəsini tutan bu şəxsin ümumiyyətlə alimlik dərəcəsi belə yoxdur. Pedaqoji sahəyə aid elmi fəaliyyəti yoxdur. GDU-nun Pedaqoji fakultəsində professor və müəllim heyətinin aid olduqları ixtisas sahələri ibtidai sinif müəllimliyinə uygunlaşmır.

Belə ki, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyevin baza təhsili ÜTF və əmək, ali alimlik dərəcəsi isə şübhə altındadır. Belə ki, əldə etdiyimiz məlumata gğrə, A.Quliyevin elmi dərəcəsi 1991-ci ilin aprel ayından SSRİ Ali Attestasiya Komissiyası tərəfindən dondurmuşdur. Lakin 1992-ci ilin noyabr ayında onun ali dərəcəsi alması ortaya çıxıb. Fakultədə fəaliyyət göstərən Fiziki Tərbiyə, çağırışaqədərki hazırlıq və mülkü müdafiə kafedrasının hazırki müdiri 1989-cu ildə Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. Adı gedən kafedranın müdiri Mahnur Məmmədovanın elmi dərəcəsi yoxdur.

Musiqi fənnləri kafedrasının müdiri “ömürlük müdirlər“ siyahısında olmaqla artıq 1990-cı ildən bu günə qədər kafedra müdiri işləyir. Elmi dərəcəsi sənətşünaslıq üzrə elmlər doktoru, professordır. Onun daim rəhbər vəzifədə işləməsinə akkreditasiya komissiyası tərəfindən konkret olaraq irad tutulmuşdur. Universitet rəhbərliyinin onu daim, ömürlük vəzifədə saxlamasının əsas səbəbi isə yaxın qohumu AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyevin olmasıdır.

İradlar bununla bitmir. Əbədi kafedra müdirlərindən biri Ümumi pedaqogika kafedrasının müdiri Şahin Tağıyevdir. Daha sonra Ş.Tağıyev Fizika-riyaziyyat fakultəsini bitirmiş, ibtidai siniflərdə riyaziyyatın kursu üzrə elmlər namizədliyi dessertasiyasını müdafiə etmişdir. Dissertasiyanın elmi adı isə özü haqqında verdiyi məlumatlarda öz əksini tapmamışdır. 1996-cı ildə isə hərbi hazırlıq kursunun ümumtəhsil məktəblərində tədrisin problemləri mövzusunda doktorluq dissertası müdafiə etmişdir. Dissertasiya rus mənbəyindən tərcümə olduğuna görə dissertasiyanın sonunda verilmiş eksperimentdə Azərbaycan bayrağının rəngi al qırmızı olduğu qeyd olunur. Məlumdur ki, hər hansı bir elm sahəsini seçənin məntiqi əsası və istiqaməti olur. Buradan belə nəticəyə gəlmək olur ki, bu alim işıqlıqda yolunu azmış sayılır.

Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova (Şirinova)nın isə elmi dərəcəsi haqqında təəsüf ki, universitetin rəsmi səhifəsində heç bir məlumat qeyd edilməmişdir. Demək, xanim müdirənin elmi fəaliyyətinin keçmişi zülmətdir.

Bədən tərbiyəsi və idman kafedrasının müdiri Urfan Cabbarovun heç bir elmi dərəcəsi və elmi adı olmadığı kimi, onun idman sahəsində nəaliyyəti olmasa da, rektorun seevimlisi, universitetdə fəaliyyət göstərən idman klubunun rəhbəri, mühafizə xidmətində çalışan və təhsili bakalavrdan irəli getməyən kirvəsi var.

Adı gedən fakultədə texnologiya fənnini tədris edən ÜTF və texnologiya kafedrasının əməkdaşlarıdır. Ümumi texniki fənnlər və texnologiya kafedrasının müdiri 1993-cü ildə Kənd Təssərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşməsi ixtisasını bitirən Elçin Cavadovun, göründüyü kimi, ixtisası mexanik, elektrik olmaqla pedaqoji sahəyə aidiyyatı olmasa da bu gün pedaqoji profilli GDU-da vəzifə tutur. Elm sahəsi isə üzümlüklərdə filloksera zərərvericisinə qarşı mübarizə texnologiyasının və maşınının təkmilləşdirilməsidir.

GDU-da magistratura şöbəsinin müdiri Emin Yaqubova gəldikdə isə daha ilginc bir məlumata toxunacağıq. Belə ki, pedaqoji profilli universitetin ali maqistr təhsilinin müdirinin ixtisası isə elektrik olsa da, elmdə tədqiqat sahəsi metal əsaslı ovuntu kompozisiya metallarının struktur və xassələrinin yaxşılaşdırılması olmuşdur.

Buradan görünən odur ki, akkreditasiya komissiyasını şoka salan məqamları az da olsa şəhr etmiş oluruq.

Mehriban Əzizqızı,

Press-fakt.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru