Rusiyada rüşvətdən imtina edən polislərə kompensasiya verilməsinə başlanılıb
Bu gün, 10:34
Rusiyanın Rostov vilayətində polis əməkdaşlarına imtina etdikləri rüşvət məbləğlərinə görə kompensasiya verilməsinə başlanılıb.
Bu barədə TASS xəbər verir.
Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin rəisi Aleksandr Reçitski bildirib ki, təcrübə polis əməkdaşlarının antikorrupsiya mövqelərini təşviq etmək üçün tətbiq edilib:
"Kompensasiyanın həcmi rüşvət verənin təklif etdiyi məbləğlə eyni miqdardadır".
Onun sözlərinə görə, polis əməkdaşlarına rüşvət təklif edən şəxslərə qarşı cinayət işi açılır:
"Təkcə son iki ayda bu səbəbdən 25-dən çox cinayət işi açılıb".