Nikol Paşinyanın Azərbaycana mina xəritələrini indi verməsinin pərdəarxası...

30-01-2024, 18:44           
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana mina xəritələrini niyə məhz indi təhvil verməyi lazım bilib? Paşinyan görür ki, rəsmi Bakı onun irəli sürdüyü mənasız təklifləri qəbul etmir. Çünki bu təkliflər sülh sazişinin imzalanmasını sürətləndirmək əvəzinə sənədin imzalanmasının yubadılması mahiyyəti daşıyır.
Paşinyanın rəsmi Bakıya ünvanladığı “gəlin silahlara birgə nəzarət haqqında saziş imzalayaq”, “gəlin hücum etməmək barədə pakt imzalayaq” kimi “təkifləri” də bundan xəbər verir.
Ancaq Paşinyan onu da anlayır ki, sülh sazişinin imzalanması uzandıqca bölgədə nisbi sabitlik pozula bilər. Paşinyan isə Ermənistan ordusunun intiki vəziyyətindən narahat olduğunu gizlətmir. Paşinyana ordunu yenidən qurmaq və silahlandırmaq üçün illər lazımdır. O düşünür ki, hədəfinə çatana kimi Azərbaycanı yeni həmlələrdən çəkindirmək lazımdır. Mina xəritələrinin Azərbaycana təhvil verilməsi bölgədə nisbi sakitliyin ömrünü uzatmalıdır. Ancaq İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki “xəritələrdən” fərqlənməsə, bunun nisbi sabitliyə heç bir faydası olmayacaq.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru