Bizim Tolstoyevskilər isə özlərini “lezvalayırlar – dünən axşamdan “Rusiyaya heç nə olmayacaq” deyə növbəti kəhanətlərini dilə gətirirlər

14-06-2024, 08:07           
Bizim Tolstoyevskilər isə özlərini “lezvalayırlar –
Dünən Rusiyada Dövlət Bayramı idi – Rusiya Günü.
12 iyun 1990-cı ildə rus xalqı Dövlət Suverenliyi Bəyannaməsinini qəbul etmişdi.
Qəbul ediləndə Rusiya Federasiyası hələ RSFSR idi,
yəni Rusiya Sovet Federativ Sosialist Respublikasıydı.
“Necə yəni?” deyəcəksiniz, əgər RSFSR Sovet İttifaqının, yəni Sovet Sosialist Respublikalar İttifaqının bir subyekti idi isə SSRİ-nin tərkibindəki ruslar kimdən ayrılıb suveren olmuşdular, kimdən buxovundan qurtulub müstəqilliklərini elan etmişdilər?
Sizin də beyniniz qarışdı, elə deyilmi?
Axı SSRİ Rusiya müstəqilliyini elan edəndən bir il sonra dağılmışdı...
Ancaq narahat olmayın, heç ruslar özləri də çıxa bilmirlər bu qarışıqlığın içindən...
Bayramdır 12 iyun və bayramlarda hədiyyə vermək adətdəndir.
ABŞ Xəzinədarlığının bayram “hədiyyəsi” çox ağır və təsirli oldu – Moskva Birjası və onun fəaliyyətini təmin edən Milli Klirinq Mərkəzi ilə Milli Hesablaşma Depozitarisi sanksiyalara uğradılar.
Artıq Birja bu sabahdan etibarən dollar və avro ilə işləyə bilməyəcək.
Xaos, qeyri-müəyyənlik var maliyyə bazarında.
İnsanların beynində baş verənləri isə söyləməyə oğul istəyir.
Rusiyanın yüksək vəzifəli məmurları vətəndaşları təmkinli bəyənatlarla sakitliyə dəvət edirlər.
Bizim Tolstoyevskilər isə özlərini “lezvalayırlar – dünən axşamdan “Rusiyaya heç nə olmayacaq” deyə növbəti kəhanətlərini dilə gətirirlər.
Bir deyən də yoxdur ki, a bala, ay qardaş, sənin milli valyutan manatdır e manat, qoy rublun dərdini onlar özləri çəksinlər. Axı sənə yüz dəfə deyiblər ki, Roma Papasından artıq katolik ola bilməssən…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.