9 nüvə dövləti "son müharibə"yə hazırlaşır - QORXULU HESABAT yayıldı

17-06-2024, 20:18           
9 nüvə dövləti "son müharibə"yə hazırlaşır - QORXULU HESABAT yayıldı
Geosiyasi vəziyyət pisləşdikcə, nüvə gücləri getdikcə öz arsenallarını inkişaf etdirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

“Doqquz nüvə silahı dövləti – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail öz arsenallarını modernləşdirməyə davam edirlər. Nüvə silahından istifadənin qarşısının alınmasına çalışan ölkələr onların sayını artırmaları ilə məşğuldurlar”,-deyə hesabat mətnində bildirilir.

2024-cü ilin yanvar ayına olan məlumata görə, dünyada təxminən 12 121 döyüş başlığı var olub. Onlardan 9 585-i işlək vəziyyətindər. Bu raketlərdən 3904-ü raket və ya təyyarə ilə daşınıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 60% çoxdur. Yerləşdirilmiş 2100-ə yaxın döyüş başlığı ballistik raketlərlə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. Döyüş başlıqlarının demək olar ki, hamısının Rusiya Federasiyasına və ya ABŞ-a məxsus olduğu qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru