İşçilərlə bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq ləğv edilir.

20-06-2024, 10:44           
İşçilərlə bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq ləğv edilir.
Çox təəssüf ki,praktikada belə hallara da rast gəlinir, işçilərlə bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq ləğv edilir.
İşəgötürənlər: bu halda və bu əsasla işçi ilə bağlanmış Əmək müqaviləlırini ləğv edə bilərmi? Ümumiyyətlə İşçi ilə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsinin hal və əsasları çoxdur. Praktikada daha çox "əmək funksiyalarının yerinə yetirilməmə" əsası ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi hallarına rast gəlinir.
Bir çox hallarda bu barədə olan əmrlərdə ümumi olaraq qeyd olunur ki, işçi: "öz əmək funksiyaları yerinə yetirilmədiyinə görə" onunla bağlanmış Əmək müqaviləsi ləğv edilsin. Lakin,işçinin hansı əmək funksiyasını yerinə yetirmədiyi dəqiq və konkret olaraq qeyd olunmur, göstərilmir və əsaslandırılmır.
Birmənalı olaraq qeyd edirəm ki, bu yolla və ya bu qaydada işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv edilməsi - Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir və məhkəmə qaydasında ləğv oluna bilər. Belə ki:
İşəgötürən İşçi ilə bağlanmış Əmək müqaviləsində: işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməli, göstərməlidir.
İşçi yalnız Əmək müqaviləsində göstərilən əmək funksiyasının pozulmasına görə əmək və ya intizam məsuliyyət daşıyır. Bu barədə verilən Əmrlərdə: işçinin Əmək müqaviləsi üzrə konkret hansı əmək funksiyasını yerinə yetirmədiyini, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyi,yaxud keyfiyyətsiz yerinə yetirdiyi dəqiq göstərilməli, müvafiq qaydada əsaslandırılmalıdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən də: İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda ona intizam tənbehi verə bilər və ya əmık müqaviləsini ləğv edə bilər.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.