ABŞ-ın Zəngəzur planı gündəmi silkələdi – Məqsəd görün nə imiş

4-07-2025, 10:44           
ABŞ-ın Zəngəzur planı gündəmi silkələdi –
Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı yeni təklifi geniş müzakirələrə səbəb olub. Belə ki, Donald Tramp administrasiyasının planına əsasən, koridor vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə ABŞ şirkətinə həvalə edilməlidir. Qeyd edilir ki, Ağ Evdə bu təşəbbüsə ehtiyatlı nikbinliklə yanaşılır.

Bu plan nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Zəngəzur koridoruna ABŞ şirkətinin nəzarət etməsi məntiqə uyğundur:

“Donald Tramp hər yerdə özünü sülhpərvər kimi göstərməyə çalışır. Məsələn, İsrail-İran münaqişəsində tərəfləri atəşkəsə razı salıb, Rusiya-Ukrayna məsələsində prezidentlər Vladimir Putin və Volodimir Zelenskiyə xəbərdarlıq edir. Azərbaycan və Ermənistanla bağlı da eyni yanaşmanı görürük. Ağ Ev rəhbəri bununla öz eqosunu təmin etməyə çalışır. O, həmçinin Nobel Sülh Mükafatı almaq arzusundadır”.

Ekspert bildirib ki, sözügedən istiqamət, həm də Vaşinqtonun maraqlarına uyğundur:

“ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifində əsas məqsədi Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılması ola bilər. Lakin bu barədə əlimizdə faktlar yoxdur. Ona görə də proseslərin gedişatını gözləməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru