Putinin Trampla telefon danışığından sonra Rusiya Kiyevə hücum edib

Bu gün, 10:11           
Putinin Trampla telefon danışığından sonra Rusiya Kiyevə hücum edib
Rus ordusu “Şahed” kamikadze pilotsuz uçan aparatlarından istifadə edərək Kiyevə hücum edib

İyulun 3-də axşam saatlarında rus ordusu “Şahed” kamikadze pilotsuz uçan aparatlarından istifadə edərək Kiyevə hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi (KCMA) və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri (AFU) öz “Telegram” kanallarında məlumat yayıblar.

Bildirilib ki, hücum ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığından az sonra başlayıb.

AFU-nun məlumatına görə, pilotsuz uçuş aparatlardan istifadə etməklə hücum təhlükəsi Ukraynanın bir sıra digər regionlarında, o cümlədən Poltava, Çerkassı, Jitomir, Kirovoqrad və Dnepropetrovsk vilayətlərində də mövcuddur.

Qeyd edək ki, dünən Trampla Putin arasında telefon danışığı bir saat çəkib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin söhbət zamanı bildirib ki, Rusiya Ukraynadakı müharibənin “əsas səbəblərini aradan qaldırmaq” məqsədindən əl çəkməyəcək. Eyni zamanda o Moskvanın münaqişənin danışıqlar yolu ilə həlli yollarını axtarmağa davam edəcəyini vurğulayıb.

Tramp da öz növbəsində hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasının vacibliyində təkid edib.

Rusiya qoşunları Ukraynanın dinc şəhərlərinə müntəzəm intensivliklə hücumları davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.