Suriyanın gerbi dəyişdirildi

4-07-2025, 08:37           
Suriyanın gerbi dəyişdirildi
Suriyanın yeni hökuməti ölkənin gerbində dəyişiklik etmək qərarına gəlib.

Oxu.Az bu barədə "Al-İkhbaria" telekanalına istinadən xəbər verir.

Yeni dövlət rəmzi Dəməşqdə keçirilən təntənəli tədbirlər zamanı təqdim olunub. İndi gerbin üzərində qanadları açılmış qartal və başının üstündə üç ulduz var.

Mərasimdə çıxış edən Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl Şaraanın sözlərinə görə, şəkli dəyişdirilmiş qartal Suriya xalqının öz tarixində yeni mərhələyə keçidini əks etdirir, həmçinin suriyalılara xas olan gücü və qətiyyəti təcəssüm etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru