Rusiyada özbəkləri müdafiə edən azərbaycanlı deputat vəzifədən uzaqlaşdırıldı

Bu gün, 08:14           
Rusiyada özbəkləri müdafiə edən azərbaycanlı deputat vəzifədən uzaqlaşdırıldı
Deputat Tağızadə vəzifəsindən və maaşından məhrum edildi.
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsi Dumasının iclasında deputatlar azərbaycan əsilli həmkarları Xalid Tağızadənin Sosial İnkişaf Komitəsi sədr müavini vəzifəsindən uzaqlaşdırılması və ona əməkhaqqı ödənilməsinin dayandırılması barədə qərar qəbul ediblər. Bu qərarı 32 deputat dəstəkləyib, beşi isə bitərəf qalıb.
Komitə sədri Vasili Filipenkonun sözlərinə görə, buna səbəb deputat etikasının pozulması olub – iyun ayının əvvəlində Tağızadə məzuniyyətini yarımçıq dayandırmaqdan imtina edib və Etika Komissiyasının iclasına gəlməyib.
KPRF üzvü və əsas iş yeri Duma olan deputat olan Xalid Tağızadə bu qərardan narazılığını bildirib və “ailəsinin və uşaqlarının olduğunu” deyərək qərarın ədalətsizliyinə işarə edib. O, həmçinin prokurorluğa müraciət edərək maaşdan məhrum edilməsinin qanuniliyinin yoxlanmasını istəyib. Mənbələrin məlumatına görə, Tağızadənin sədr müavini kimi aylıq gəliri təxminən 200 min rubl təşkil edib ki, bu da Yuqra bölgəsindəki orta əməkhaqqını xeyli üstələyir.
Bundan əvvəl Tağızadə “özbəklərin tarixi vətənlərinə qayıtması” barədə dediyi sözlərə görə qalmaqalın mərkəzinə düşmüşdü – o bildirmişdi ki, Yuqra özbək xanları ilə bağlı tarixi ərazi sayılır və Özbəkistandan olan miqrant axını “təbii bir qayıdışdır”. Bu fikirlər Dumanın spikeri Boris Xoxryakov tərəfindən kəskin tənqid olunmuş, o, deputatı qanunverici orqanın nüfuzunu zədələməkdə və etik normaları pozmaqda ittiham etmişdi.
Azadlıq Qəzeti
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.