Trampın xəstə və həddindən artıq şişirdilmiş eqosu üçün "tarixi saziş" həyati əhəmiyyət daşıyır.
Bu gün, 09:14

Bu dəqiqələrdə Putin və Tramp arasında telefon danışığı sona çatıb. Nə baş verir və niyə ABŞ Ukraynaya silah tədarükünü dayandırıb?
Dünən Putin Makrona bildirdi ki, Rusiya atəşkəsə razılıq verə bilməz, çünki Qərb hələ də Ukraynaya silah tədarükünü davam etdirir. Putinin fikrincə, Ukrayna atəşkəsdən istifadə edərək öz hərbi potensialını gücləndirəcək(təbii ki bu belədir və belə də olmaldır).
Eyni fikri Putin bu gün Trampa da deyib(onların hər telefon danışığında bu mövzu gündəmdə olur).
Aydındır ki, Avropa Putinin bu istəklərini ciddi qəbul etmir, amma Tramp qəbul edir.
Hazırda İstanbul diplomatik prosesi yenidən aktivləşmək üzrədir. Bu kontekstdə Tramp, Putindən atəşkəsə razılıq almaq ümidi ilə, ona növbəti "avans" verir. Tramp 12 günlük müharibə zamanı qazandığı "sülhməramlı" şöhrətini çox bəyənmişdi və indi də eyni effekti Ukrayna məsələsində əldə etməyə can atır. Putin isə bu "ehtirasdan" istifadə edir.
Məhz bu səbəbdən də, dünən Ukraynaya silah yardımının dayandırılması xəbərini Trampın diplomatik manevri kimi qiymətləndirməliyik.
Trampın xəstə və həddindən artıq şişirdilmiş eqosu üçün "tarixi saziş" həyati əhəmiyyət daşıyır.
İran-İsrail hərbi toqquşması göstərdi ki, nəticənin özü o qədər də vacib deyil, əsas olan özünü qalib elan etmək, medianın işıqlarını və ictimaiyyətin alqışlarını üzərinə cəlb etməkdir.
Bugünkü telefon danışığını da məhz bu kontekstdə, bu prizmadan dəyərləndirin.
Kamran Cəfərov
TEREF