Tramp Ukrayna ətrafındakı vəziyyət haqqında: "Münaqişənin nizamlanmasında tərəqqi yoxdur"

4-07-2025, 11:08           
Tramp Ukrayna ətrafındakı vəziyyət haqqında:
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının yekunları üzrə bildirib ki, Ukrayna ətrafındakı vəziyyətdən məmnun deyil və hesab edir ki, münaqişənin nizamlanmasında tərəqqi yoxdur.

TASS xəbər verir ki, bunu Ağ Ev rəhbəri jurnalistlərlə ünsiyyət zamanı deyib.

"Bizim telefon danışığımız oldu. Bu, olduqca uzun söhbət idi, İran daxil olmaqla, çox şeyi müzakirə etdik. Ukraynadakı münaqişə barədə də danışdıq, mən vəziyyətdən məmnun deyiləm", - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru