ABŞ Konqresində hər iki partiyanın üzvləri Trampa atəş açılmasına sərt reaksiyalar verir

14-07-2024, 09:22           
ABŞ Konqresində hər iki partiyanın üzvləri Trampa atəş açılmasına sərt reaksiyalar verir
Şənbə günü Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizəd Donald Trampa mitinqdə atış açılması hər iki partiyadan olan ABŞ qanunvericilərinin kəskin qınaqları ilə qarşılanıb.

Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib: "Dinc təşviqat mitinqində bu dəhşətli siyasi zorakılıq aktına bu ölkədə yer yoxdur və yekdilliklə və şiddətlə pislənməlidir".

Trampın Pennsilvaniya ştatının Batler şəhərində səhnədən təhlükəsiz yerə aparıldığı anlarda bir çox Konqres Respublikaçıları sosial media platforması X -də Associated Pressə məxsus qana bulaşdığı sərgilənən, lakin hələ də ayaqda olan keçmiş prezidentin yumruğunu havaya qaldırdığı fotonu paylaşıblar.

Trampın vitse-prezidenti olaraq nəzərdən keçirilən öncül namizədlərdən biri, Respublikaçı Senator Marko Rubio AP fotosunu X-ə yerləşdirərək, “Tanrı Prezident Trampı qorudu” yazıb.

Senat və Nümayəndələr Palatasının Demokratlar Partiyasının rəhbərliyi dərhal siyasi zorakılığı pislədi.

"Trampın Pensilvaniyadakı mitinqində baş verənlər məni dəhşətə gətirir və keçmiş prezident Trampın təhlükəsiz olduğu mənə rahatlıq verir. Ölkəmizdə siyasi zorakılığa yer yoxdur," - Senat çoxluğunun lideri Çak Şumer X-də deyib.

Nümayəndələr Palatasında Demokratların lideri Hakim Ceffris X platformasında yazıb: "Amerika demokratiyadır. İstənilən növ siyasi zorakılıq heç vaxt məqbul deyil".

Sabiq prezident Respublikaçıların gələn həftə Miluokidə (Viskonsin ştatı) keçirəcəyi ümummilli qurultayı ərəfəsində tərəfdarları qarşısında kampaniya nümayşi keçirərək silahlı hücuma məruz qalıb. Fotolarda qulağından yaralandığı göstərilən Trampın təhlükəsizlikdədir. Onun keçiriləcək qurultayda rəsmən prezidentliyə namizəd olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.