İnsanın Aya ayaq basmasından 55 il keçdi.
19-07-2024, 08:54
Ancaq hələ amerikalı astronavtlar Neil Armstronq və Buzz Oldrinin Ayda yeriməsini Hollivudun hazırladığı “kino” adlandıranlar var. Zalım uşağı elmin, texnologiyaların son yarəm əsrdə necə böyük sıçrayışla irəli getdiyini görməyən bu cahillər Yer kürəsinin düz olduğunu, Günəşin Yer ətrafında fırlandığını iddia edirlər.
16 iyul 1969-da Saturn V raketinin Apollon11 missiyası haqqında yazdığım qısa postum yenə suallar yaratd…
Bunlara cavab verməkdim yorulub usanmışam. Ona görə də bu qəflət yuxusunda olanlara cavabımı burada da paylaşmaq istəyirəm…
ALEKSEY LEONOVUN CAVABI
Uşaq vaxtı ən böyük arzum Moskva yaxınlığındakı “Ulduz şəhərciyi”ni (Звёздный городок) görmək idi. Bu arzuma çatmaq üçün 2-ci kursda oxuyanda Qaqarin şəhərinə Tələbə-İnşaat Dəstəsinə yazıldım. Çünki bu Ümumittifaq Dəstəsindən cəmi 30 nəfər tələbəni seçib Qaqarindən Ulduz şəhərciyinə ekskursiyaya aparırdılar. Dəridən-qabıqdan çıxdım və o 30 nəfər xüsusi seçilmiş şanslı tələbədən biri oldum…
Şəhərciyi gəzərkən təsadüfən qarşımıza iki dəfə Sovet İttifaqı Qəhrəmanı, dünyada ilk dəfə açıq kosmosa çıxmış, məşhur kosmonavt Aleksey Leonov çıxdı. Belə bir fürsəti əldən vermək olmazdı. “NASA-nın fotosunda amerikan bayrağı dalğalanır. Deyirlər ki, Amerika heç Aya enməyib, gördüklərimiz isə Hollivudda çəkilmiş səhnələrdir. Nə düşünürsüz bu haqda”, – deyə Leonovdan soruşdum.
Verdiyi tarixi cavabı unutmaq mümkün deyil: “Əgər bizim əlimizdə ABŞ-ın Aya çıxmamasına dair ən kiçik bir dəlil olsa idi biz Dünyanı Amerikanın başına yıxardıq”.
Bəli, ruslar Aya ilk dəfə amerikaləların enməyini heç vaxt “həzm” edə bilmədi. Ancaq ilk dəfə nədir, onlar sonrakı illərdə də Aya insan göndərə bilmədilər. Lakin ruslar Aya enən ölkə ilə onun Aero-kosmonavtikasını elə hey qısqandılar, “Hollivud kinosu” deyə sürəkli Amerikalılarla alay etdilər…
İbrahim Nebioğlu
TEREF