İraqlı velosipedçinin qələbə sevinci baha başa gəldi VİDEO
Bu gün, 15:08
İraqın Ərbil şəhərində keçirilən velosiped yarışı iki idmançının xəsarət alması ilə nəticələnib.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, finiş xəttinə birinci çatmaqda olan velosipedçi qələbəsini qeyd etmək məqsədilə əllərini sükandan götürüb.
Nəticədə müvazinətini itirən idmançı yerə çırpılıb. Bu azmış kimi, onun ardınca gələn velosipedçi də rəqibi ilə toqquşaraq yerə yıxılıb. Hadisə nəticəsində hər iki idmançının xəsarət aldığı bildirilir.