Şahramanyanı yenə də "raskrutka"ya buraxmaq istəyirlər... - GÖRÜNƏNİ BUDUR...
19-07-2024, 16:18
Bir neçə gün öncə Azərbaycan ərazisində 32 il Kremlin himayəsində fəaliyyət göstərmiş və nəhayət, şəhid və qazilərimizin lokal əməliyyatları sayəsində 2023-cü ilin sentyabrında ləğv olunmuş separatçı-terrorçu rejimin sonuncu üzdəniraq “prezident”i Samvel Şahramanyanın təşəbbüsü ilə rejimin İrəvandakı nümayəndəliyində “artsax” hakim “elitası” nümayəndələrinin iştirakı ilə qapalı iclas keçirilib.
Moderator.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, separatçı yığnağında xüsusilə qondarma “parlament”dəki qüvvə və fraksiya rəhbərləri, “icra hakimiyyəti”nin bəzi nümayəndələri iştirak ediblər.
Məqsəd “artsax” “vətəndaş”larının birliyi problemi olub. Həmçinin bir müddət əvvəl Ermənistan xüsusi xidmət nümayəndələrinin nümayəndəliyə soxulması və Şahramanyanın avtomobilinin müsadirə etməsi də müzakirə edilib.
“Şahramanyan həmvətənlərini siyasi fikir ayrılıqlarından asılı olmayaraq birlik nümayiş etdirməyə çağırıb, çünki bu gün o, hakimiyyətin hədəfindədir, sabah hər kəs o hədəfdə ola bilər. Çıxış xüsusilə “Vahid Vətən” partiyasının başqanı Samvel Babayana ünvanlanıb. O, çıxışında siyasi qüvvələrini vəziyyətlə bağlı düzgün məlumatlandırmadıqlarını əsaslandırıb və əks ittihamlar səsləndirib ki, siz həmrəy olsanız, bu partiyanın başqanı olacaqsınız, qüvvələrimizi küncə sıxışdıra bilməyəcəklər. Sonra o, yaxın gələcəkdə birlik ideyasını həyata keçirmək üçün aktiv addımlar atacağını açıqlayıb. İştirakçılar başa düşüblər ki, Samvel Babayan artsax vətəndaşlarının birliyi şüarı altında Ermənistanın qarşıdan gələn siyasi proseslərində iştirak etmək məqsədi daşıyır”- erməni nəşri belə yazır.