Baydenin son anda geri çəkilməsi presedentsiz yeni bir yarışa yol açır

23-07-2024, 11:54           
Baydenin son anda geri çəkilməsi presedentsiz yeni bir yarışa yol açır
ABŞ prezidenti Co Baydenin ikinci müddətə namizədlikdən geri çəkilmək qərarı 2024-cü il prezidentlik yarışını alt-üst edib və bu, müasir ABŞ tarixində gözlənilməz bir hal olub, hətta demək olar ki, namizədlik prosesini xaotik bir vəziyyətə salıb.

Həftələrdir yaşı və mental sağlamlığından narahat olan Demokrat həmkarlarının təzyiqinə məruz qalan Bayden bazar günü prezidentlik yarışından çəkiləyəcəyini və vitse-prezidenti Kamala Harrisi dəstəkləyəcəyini bəyan edib.

Baydenin bu qərarı ABŞ tarixində görünməmiş olay deyil. 1968-ci ildə Lindon B. Conson və 1952-ci ildə Harri S. Truman da seçkilərdə iştirak edəcəklərini elan etmiş, lakin sonra yarışdan geri çəkilmişdilər.

Məsələ ondadır ki, onların hər ikisi seçkilərdə iştirakdan xeyli əvvəl imtina edib və bu, onların partiyalarına ümumi seçkilərin yenidən təşkili və strategiyasını hazırlamaq üçün daha çox vaxt vermişdi.

Bundan fərqli olaraq, Bayden geri çəkildiyini ilkin səsvermə prosesi başa çatdıqdan sonra və rəsmi olaraq namizəd göstəriləcəyi Demokratların Milli Qurultayına bir aydan az qalmış bəyan edib.

Corc Vaşinqton Universitetinin professoru Piter Loq ABŞ prezidentliyinə heç bir namizədin yarışdan bu qədər gec çəkilmədiyini deyib və Baydenin qərarını "tamamilə tarixi" adlandırıb.

"ABŞ-ın siyasi sistemi dünyanın bir çox yerində olduğu kimi deyil. Seçkilərimiz sonsuzdur və sonsuz dərəcədə bahadır. Birdən bizdə də bu yaxınlarda Britaniyada keçirdiyi kimi növbədənkənar seçkilər keçirildiyi hiss olunur" - deyə, Loq bildirib.

Baydenin son dəqiqə yarışdan çəkilməsi yeni bir namizədin mübarizəsinə yol açdığı bir vaxt,Demokrat Partiyasının liderləri təcili olaraq Harrisin ətrafında birləşməyə çalışır.

Baydenin yarışdan geri çəkilməsindən bir neçə saat sonra prezidentliyə potensial namizəd kimi görünənlər də daxil olmaqla, bir çox yüksək profilli Demokratlar Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Trampı məğlub etmək üçün Harrisi dəstəkləyərək, onun ətrafında birləşməyin vacib olduğunu deyir.

Harrisə kifayət qədər dəstək qurultayda əvvəlcədən müəyyən edilmiş namizəd olmadığı görə gözlənilməz ssenarinin qarşısını ala bilər. Bəzi müşahidəçilər xəbərdarlıq edir ki, belə bir nəticə dərin fikir ayrılıqları yarada və idarəolunmaz ola bilər.

Politoloq və Amerika Biznes İnstitutunun baş elmi işçisi Hari Şmit "Bəlkə də siz tamamilə açıq bir qurultay istəmirsiniz, çünki bu, partiyanı müəyyən bir namizəd ətrafında birləşdirməyir, əksinə, parçalayır" deyib.

"Növbəti bir neçə gün Demokrat sorğu iştirakçılarının və donorların Harrisin ətrafında nə qədər toplaşdıqları və ya bunu etmədikləri baxımından olduqca kritikdir," o deyir.

Normal illərdə, partiyanın prezidentliyə namizədliyi ilə bağlı qeyri-müəyyənlik qurultaydan öncə aradan qaldırılır.

1970-ci illərdən, qurultaydan öncə hər ştatda keçirilən ilkin seçkilərdə partiyanın namizədi səs toplayaraq qurultaya nümayəndələr qazanıb.

Nominasiyanı udmaq üçün prezidentliyə namizəd qurultay nümayəndələrinin çoxluğunun səsini əldə etməlidir ki, bunlar da hər ştat üzrə keçirilən ilkin seçkilərdə müəyyən edilir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.