QƏLƏMDƏKİ HÜNƏRƏ BAX Kİ, DAĞLARI YERİNDƏN OYNADIB

29-07-2024, 09:14           
QƏLƏMDƏKİ HÜNƏRƏ BAX Kİ,  DAĞLARI YERİNDƏN OYNADIB
Anarın hekayəsi haqda dünən yazdığım yazı silinib.
Şikayət olub, fb silib.
Kim şikayət edib? Niyə?
O yazıda dəhşət yox, şiddət yox, hiddət yox! Təhqir heç yox!
Fb təqlidi də yasaqlaya bilirmiş. Mənim yazımda təqlid də yox.
Aşağılama yox, hörmətsizlik yox.
Yox! Yox!
Təhlil var, yozum var, bənzətmə var, sayqı var...
Müəllifi də, hekayəni də yerdən yerə vuranların rəyləri divar kimi yerində durur, mənim yazımdan şikayət olunub və silinib.
Bizə dözümsüzlük, yerdən yerə vuranlara dözümlülük?!
Adam lap həsəd aparır...
İlginc...
Əlbəttə, öz suallarıma öz cavablarım var.
Nələr olduğunu azdan-çoxdan bilirəm.
Bilsəm belə məəttələm, vallah...
Görəsən, o hekayə ilə bağlı yazılan hər hansı bir yazı silinibmi?
Bunu bilmirəm.
Az qala bütün qələm adamları yaxşı-pis fikir bildirib. O fikirləri təftiş edən olubmu? Şikayər edən olubmu? Kİməsə gözün üstdə qaşın var, deyən olubmu? Xəbərdarlıq edilibmi?
Bilirsinizsə deyin, lütfən.
Yazımın təhqirdən, şiddətdən, hiddətdən daha təhlükəli görünməsi, şikayət edilməsi və silinməsi səbəblərini, əlbəttə, özüm bilməmiş deyiləm.
Mənə ancaq TƏVAZÖKARCA bunu demək qalır:
QƏLƏMDƏKİ HÜNƏRƏ BAX
DAĞLARI YERİNDƏN OYNADIB
Mehriban Vəzir
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru