İranda enerji və su böhranı səbəbindən etiraz aksiyaları getdikcə artmağa başlayıb.
Tribunainfo.az xəbər verir ki, son bir həftədə İranın bir neçə şəhərində əhali etiraza qalxıb.
Polislə toqquşma ilə müşahidə olunan aksiyaların dayanması ehtimalının az olduğu qeyd edilir. Yerli ekspertlər də bildirirlər ki, hökumət bununla bağlı təcili tədbirlər görməlidir.
Bu əsnada “Təbrizin səsi” saytı xəbər yayıb ki, dünən İranın Qərbi Azərbaycan əyalətində insanlar yolu bağlayıblar. Soyuqbulaq şəhərində elektrik enerjisinin kəsilməsinə etiraz olaraq insanlar küçəni bağlayaraq, avtomobillərin hərəkətinin qarşısını alıblar.