Ərtoğrul Cavidin son mənzilə yola salınmasından NADİR FOTO – 1937-ci il
Bu gün, 11:34
Sosial şəbəkələrdə 1937-ci ilə aid, repressiya qurbanı olan istedadlı bəstəkar və musiqişünas Ərtoğrul Cavidin dəfn mərasimindən nadir foto yayılıb.
32gun.az bildirir ki, görüntüdə Hüseyn Cavidin yeganə oğlu olan Ərtoğrul Cavidin son mənzilə yola salındığı an əks olunub. Foto həm tarixi dəyəri, həm də faciəvi taleyi ilə diqqət çəkib.
Xatırladaq ki, Ərtoğrul Cavid 1919-cu ildə anadan olmuş, Azərbaycan musiqisinə gənc yaşında töhfələr vermişdi. Lakin 1937-ci ilin siyasi repressiyaları zamanı 18 yaşında həbs edilmiş, sürgünə göndərilmiş və orada vəfat etmişdi. Onun qısa, amma parlaq ömrü Azərbaycan mədəniyyətinin acı səhifələrindən biri kimi yadda qalıb.