P.Diddi ilə bağlı maraqlı yenilik: İşdə adı hallanan qadınlardan biri reperin azad edilməsini istədi
Bu gün, 10:58

ABŞ-li reper P.Diddinin (əsl adı - Şon Kombs) qurbanlarından biri - Virciniya Hyun adlı qadın onun həbsdən azad olunmasını xahiş edib.
Bu barədə TMZ nəşri məlumat verib.
Qalmaqallı sənətçi ilə əvvəllər münasibətdə olan qızın adı Kombsun işində onun üçüncü qurbanı kimi keçir. Nəşr qeyd edib ki, o, musiqiçinin məhkəməsində iştirak etməyib. TMZ tərəfindən yayımlanan hakimə müraciətində Hyun bildirib ki, reper cəmiyyət üçün təhlükə yaratmır və zaminə buraxıla bilər.
"Mən Şon Kombsu uzun illərdir ki, həm şəxsən, həm də peşəkar planda tanıyıram. Mən onu ilk növbədə ata, ailə başçısı və iş adamı kimi görürəm - o, həmişə bu rolları yerinə yetirməyə çalışıb", - deyə Hyun yazıb.
Kombsun qurbanı qeyd edib ki, onların münasibətlərində qara və ağ dövrlər olub, lakin reper öz səhvlərini etiraf etməyə və yaxşılığa doğru dəyişməyə hazır olub.
"Bildiyim qədəri ilə, o, artıq uzun illərdir aqressiya nümayiş göstərməyib və ilk növbədə ata olmağa can atıb", - deyə qadın əlavə edib.
O vurğulayıb ki, sənətçi azadlıqda qaldıqda öz ailəsinin və ondan asılı olan uşaqlarının qayğısına qalmağa davam edəcək.
Daha əvvəl isə məlum olmuşdu ki, ABŞ Prezidenti Donald Tramp bu ilin sonunda sənətçiyə hökm oxunmazdan əvvəl P.Diddiyə tam prezidentlik əfvinin verilməsini ciddi şəkildə nəzərdən keçirir.
Xatırladaq ki, iyulun əvvəlində Manhetten andlılar məhkəməsi Şon Kombsa qarşı beş ittiham üzrə hökm çıxarıb. Reper iki maddə üzrə - fahişəlik məqsədilə insanların transportasiyasında təqsirli bilinib. Onu on ilə qədər həbs cəzası gözləyir.