Baqratyan: “Dəhliz vermək suverenliyin məhdudlaşdırılmasıdır”
Bu gün, 11:19
“Yolun icarəyə verilməsi mütləq müəyyən ərazi üzərində suverenliyin məhdudlaşdırılmasını nəzərdə tutur”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Onun iddiasına görtə, bu, suverenliyin (üçüncü tərəfə) məhdud və ya qeyri-məhdud müddətə özgəninkiləşdirilməsidir.
Baqratyan bildirib ki, 10 noyabr sazişində fasiləsiz işləyən yoldan söhbət gedir. “Azərbaycan və Türkiyə bunu dəhliz kimi şərh edirlər. Lakin ortada dəhlizdən bəhs olunmur”.
Keçmiş baş nazir vurğulayıb ki, sərhəd və gömrük nəzarəti Ermənistan qüvvələri tərəfindən həyata keçiriləcək. “Görünən budur ki, Ermənistan yola nəzarət edəcək. Buna hökuməti dəstəkləyə dövlətlərin də razı olduğu gümanları var”.