Tovuzda ŞOK ÖZBAŞINALIQ... - BU NƏDİ BELƏ?!

31-07-2024, 16:30           
Tovuzda ŞOK ÖZBAŞINALIQ... - BU NƏDİ BELƏ?!
Tovuz rayonunda yerli icra nümayəndələri vətəndaşlardan şəxsiyyət vəsiqələrini yığmağa başlayıb. Bu barədə Anaxeber.info-ya məlumat verilib. Bildirilib ki, Tovuz rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşları kütləvi şəkildə şəxsiyyət vəsiqələri toplayıblar. Amma vətəndaşlar şəxsiyyət vəsiqələrinin tələb olunmasının səbəbi izah edilməyib. Yerli sakinlər bunu qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirir. Amma seçkilərdə həmin şəxsiyyət vəsiqələri nəyə lazım olduğu bəlli deyil. Məsələni dəqiqləşdirməyə çalışırıq və İH-nun bu addımının səbəbi ilə bağlı mövzuya qayıdacağıq.

Anaxeber.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru