300 illik ənənənin sonu - Siyasi paytaxt Bakıdır!

Bu gün, 10:14           
300 illik ənənənin sonu - Siyasi paytaxt Bakıdır!
Cənubi Qafqazın mərkəzi - siyasi paytaxtı həmişə Tiflis olub, regionun taleyi həmişə bu şəhərdə həll olunub. 1918-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistan öz dövlət müstəqilliklərini Tiflisdə elan etmişdilər. Rus çarlarının Tiflisdə “ofis”ləri olub. Qərb və Rusiya “Qafqaz gündəliyi”ni həmişə məhz bu şəhərdən icra edib. SSRİ-dən sonra Qərbin, ABŞ-ın təsisatlarının ofisləri Tiflisdə yerləşirdi. Region ölkələrində Qərb layihələrinin icrası və müxalif qüvvələrin qrantlarla maliyyələşdirilməsi prosesi də Tiflisdən idarə olunurdu. Onlar tərəfindən gürcü xalqının dominant hesab olunması Tiflisi əhəmiyyətli siyasi mərkəzə çevirmişdi. Bütün bunlar dünənə qədər belə idi.
Mübaliğəsiz demək olar, indi Cənubi Qafqazın “ofisi” Bakıdır. İkinci Qarabağ Müharibəsi təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın taleyində tarixi rol oynadı. Azərbaycan üçün 300 illik işğal faktoru, region üçün isə 300 illlik siyasi ənənənələr tarixə qovuşdu. Qarabağ müharibəsi regionun yenidən dizayn olunmasını zərurətə çevirdi.
Son 5 ildə Qərb Tiflis vasitəsilə Cənubi Qafqazdakı siyasi mövcudluğunu dizayn edə bilmir.
ABŞ və Rusiyanın regiondakı nüfuz savaşının əsas konturlarına birbaşa müdaxilə imkanları və prosslərin məcrasının əhəmiyyətli dərəcədə dəyişdirilməsinə təsir vasitələri yalnız Bakıdadır. Hər iki ölkənin Cənubi Qafqazda hər hansı bir şəkildə movcudluğunun “pasportunu” Bakı verə bilər.
ABŞ-ın 60 senatorunun Azərbaycana sanksiyalar tələb etməsinin səbəbləri ölkədəki insan hüquqlarının durumundan qaynaqlanmadığı heç bir şübhə doğurmur. Senatorların oxuduğu mətndə açıq şəkildə göstərilir ki, Azərbaycanın Cənubi Qafqazın taleyindən cavabdeh ölkəyə çevrilməsi ABŞ-a sərf etmir.
İlham Əliyevə qarşı tənqidlərin arxasında dayanan əsas amillərdən biri onun əsrlərdir davam edən siyasi ənənəyə son qoyması və lideri olduğu ölkəni əhəmiyyətli pozisiyaya çəkməsidir.
Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə ittiham edən senatorların bəyanatının Azərbaycanda müxalif qüvvələr tərəfindən ciddi-cəhdlə müdafiə olunaraq təbliğ olunması həm də daha yaxın və tarixi “ofis”in - Tiflisin itirilməsi ilə bağlıdır. Tezislərin növbəti mərkəzinin hara olacağı hələki dəqiqləşməyib.
Heç şübhəsiz, Qərblə münasibətlərin korlanması ölkədə insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsinə səbəb ola bilər. Amma Qərb “insan hüquqları postundan” Azərbaycanın dövlət suverenliyini hədəfə alır. Bu, Azərbaycan üçün qəbuledilməz məsələdir.
Digər tərəfdən, ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşı olması Qərbin bu yöndəki tələblərinin yerinə yetirilməsi kimi deyil, dövlətin əsas vəzifələlərindən biri və bəlkə də ən biricisi kimi önə çəkilməlidir.
Samir Feyruzov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.