ABŞ və Azərbaycan COP29 ərəfəsində qlobal fəaliyyətin vacibliyini müzakirə edib

27-10-2024, 16:14           
ABŞ və Azərbaycan COP29 ərəfəsində qlobal fəaliyyətin vacibliyini müzakirə edib
Oktyabrın 26-da Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş məsləhətçisi Con Podesta ilə görüşüb.

Bu barədə COP29-un X sosial platformasında məlumat yayılıb.

Məlumatda deyilir ki, tərəflər noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində iqlim dəyişikliyi probleminin həlli üçün əməkdaşlıq və qlobal fəaliyyətin vacibliyini müzakirə ediblər.
ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta bu il oktyabrın 11-də Bakıda səfərdə olunb. O bildirib ki, ABŞ administrasiyası iqlim fəaliyyətlərində iştirak etməyə davam edir və bunu davam etdirəcək.

Müşavir qeyd edib ki, Dünya Bankının iclası zamanı Azərbaycan tərəfi ilə COP29 sədrliyinin təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna dair müzakirələr aparılacaq.

Con Podesta həmçinin Prezident İlham Əliyevlə görüşüb və COP29-da uğurlu nəticənin əldə olunması üçün hazırlıq, insan haqları, Ermənistanla davamlı sülh sazişi imzalamaq üçün göstərilən səylər barədə fikir mübadiləsi aparıb.

Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bakı sammitində 200 ölkə Paris Sazişinin növbəti mərhələsinin həyata keçirilməsini müzakirə edəcək.
https://x.com/COP29_AZ/status/1850062498038448557?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1850062498038448557%7Ctwgr%5Ea1c4e88bf969e54ad89be4f30e5e68dd2be4510c%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7840129.html












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.