"Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük" - Emin Əmrullayev

13-11-2024, 08:24           
"Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük" -
2014-2015-ci illərdə keçirilən islahatları nəticəsini indi görürük.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbəqədər təhsilin keyfiyyətində əsaslı şəkildə artım müşahidə olunur:

"Məktəbəqədər təhsilin nəticəsini iki ilə görə bilmərik. Bunun nəticəsini 13 ildən sonra, yəni şagird doqquzuncu sinfi bitirəndə görmək olar. 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük".

Nazir qeyd edib ki, bir çox ixtisasların içində ətraf mühit təhsili ilə bağlı materiallar olmalıdır:

"İqlimlə bağlı ixtisasların içində olmalıdır. Bununla bağlı işlərimiz davam edəcək. Həm ətraf mühit təhsili, həm də bununla bağlı yaşıl peşələr nəzərdə tutulur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru