Ən məyyusedici xəbər- Hara gedirik?
1-06-2015, 20:55
Azərbaycanda əvvəlki illərin məzunları üçün 2015-2016-cı tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri:
I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etmiş, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.
II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb. İmtahanda 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.
III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etmiş, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.
P.S. Bu nəticələrlə biz hara gedirik görəsən? Heç kimə sirr deyil ki, uşaqların 90 faizi repetitor yanına gedir. Bunlar repetitor yanına gedirlərsə bu nəticəni göstərirlər. Bu da onu deməyə əsas verir ki, məktəblərdə uşaqlara dərs keçilmir. teref.az