Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…

Bu gün, 00:07           
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bir neçə müddətdir Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Vergi Xidmətinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə birləşdiriləcəyi, nazir Sahil Babayevin isə yeni yaradılan super nazirliyə rəhbər gətiriləcəyi iddia edilir.

Başqa bir iddiaya görə isə yeni yaradılacaq nazirliyə sürpriz şəxs gətirilə bilər.

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə maliyyə naziri Samir Şərifov vəzifədən azad edildi. Ondan sonra bu istiqamətdə məlumatlar yayılmağa başladı.

Bəs bu deyilənlərin reallaşacağı mümkündürmü? Hakimiyyət hazırda buna getməyə həvəslidirmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı bir qədər gözləməyə üstünlük verdiyini qeyd edib.

O, daha öncə də adıçəkilən qurumların birləşdirilməsini təklif etdiklərini deyib:

“Deyilənlərin baş verməsini gözləmək lazımdır. Əslində, illərdir təklif edirik ki, Dövlət Gömrük Komitəsi ayrıca bir qurum kimi olmamalıdır. Dövlət Vergi Xidməti, DGK birləşdirilməli və bir mərkəzdən idarə olunmalıdır. Çünki ikisi də ölkənin büdcəsinə daxil olan vəsaitlərin əsas mənbəsidir. Ona görə də birləşdirilməsi yaxşı olar. Amma bundan öncə də super nazirlik – İqtisadiyyat Nazirliyi yaradılmışdı və demək olar ki, gömrükdən başqa bütün qurumlar orada toplanmışdı. Onun ciddi effektini gördükmü?! Açığı, burada ciddi suallar var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.