Amerika Milli Arxivində saxlanılan Azərbaycanın 1919-cu ildəki ərazisinin xəritəsində görün nələr var... Zəngəzur, Basarkeçər və...
16-02-2025, 09:29
Amerika Milli Arxivində saxlanılan Amerikanın Ermənistandakı hərbi missiyasının (1919-cu il) materiallarına baxış keçirərkən çox maraqlı bir xəritə ilə qarşılaşdım. 1919-cu ildə tərtib edilmiş bu xəritədə Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri açıq şəkildə göstərilir. Xüsusilə qərb sərhədimiz diqqətçəkicidir: ✔️ İndiki Ermənistanın Tavuş mərzi (keçmiş Karvansara, Barana, Şəmşəddin rayonları); ✔️ İndiki Ermənistanın Geğarkunik mərzinin şərq hissəsi (keçmiş Basarkeçər və Krasnoselski rayonları): ✔️ İndiki Ermənistanın Vayotsdzor mərzi (keçmiş Paşalı və Keşişkənd rayonları); ✔️ İndiki Ermənistanın Sünik mərzi (Bütün Qərbi Zəngəzur); Bu ərazilərin xəritədə Azərbaycanın tərkibində göstərilməsi tarixi həqiqətləri bir daha sübut edir. Buna baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan anlayışını inkar edərək, onun yalnız bugünkü Azərbaycanın qərb rayonlarına aid olduğunu iddia edir. Halbuki, tarixi faktlar, arxiv sənədləri və məhz bu xəritə onun dediklərinin tam əksini göstərir. Həmin xəritəni də ilk dəfə facebook səhifəmdə paylaşıram. Səbuhi Hüseynov