Dövlət vəsaitinin mənimsənilməsində adı hallanan kafedra müdiri işdən çıxarılıb?

7-03-2025, 09:48           
Dövlət vəsaitinin mənimsənilməsində adı hallanan kafedra müdiri işdən çıxarılıb?
Qarabağ Universitetində struktur dəyişikliyi aparılıb.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Universitetin Filologiya Kafedrasının müdiri vəzifəsində çalışan Əzizağa Nəcəfov işdən çıxarılıb.

Ə. Nəcəfovun hansı səbəbə görə işdən çıxarıldığı konlret bildirilməsə də, bu, onun əvvəlki fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, Əzizağa Nəcəfov bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktorunun müavini vəzifəsində çalışıb.

O, AMEA-nın Əlyazmalar İnsitutunda çalışarkən adı dövlət vəsaitlərinin mənimsənilməsində hallanıb.

Belə ki, Maliyyə Monitorinqi Mərkəzini cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb. Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb.

Universitet Xankəndi şəhərində fəaliyyət göstərir.

Qarabağ Universitetinin rektoru Şahin Bayramovdur.

Cahandar Laçınlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.