“Azərbaycanı “İbrahim razılaşması”na daxil edin”.

10-03-2025, 09:38           
“Azərbaycanı “İbrahim razılaşması”na daxil edin”.
ABŞ-ın 50-dən çox yəhudi ravvini “İbrahim razılaşması”nı genişləndirilməsi və türk dövlətlərini (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ prezidenti Donald Trampa müraciət edib.

TEREF Haqqın.az-a istinadən bildirir ki, ikinci müraciət Azərbaycana qarşı 907-ci maddənin ləğv edilməsinin zəruriliyi ilə bağlıdır. Qeyd olunur ki, ABŞ-dakı digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoksal təşkilatlar da Amerika liderinə oxşar müraciətlər edəcəklər.

“İbrahim Sazişi” 2020-2021-ci illərdə imzalanmış İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra müqavilələrdir. Onların adı yəhudilik, xristianlıq və islam ənənələrində eyni dərəcədə hörmət edilən İbrahim peyğəmbərə aiddir.

13 avqust 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə verilən ilk normallaşma elanı yalnız İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı razılaşmanı nəzrdə tuturdu. Lakin artıq həmin il sentyabrın 11-də İsrail və Bəhreyn arasında saziş elan olundu və 15 sentyabr 2020-ci ildə ABŞ Ağ Evində rəsmi imzalanma mərasimi keçirildi. Bundan sonra BƏƏ və Bəhreyn İsrailin suverenliyini tanıdı və tam diplomatik münasibətlər qurdu.

2020-ci ilin dekabrında Mərakeş “İbrahim Razılaşması”na qoşuldu. 2021-ci ilin yanvarında Sudan İsraillə münasibətləri normallaşdıran altıncı ərəb dövləti (İordaniya və Misir də daxil olmaqla) oldu.

1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermirdi.

2001-ci ildə, 11 sentyabrdan sonra Buş administrasiyası Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac olduğu üçün bu düzəlişdən müvəqqəti imtina etdi.

Bununla belə, 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı nəticəsində Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen Bakının kəskin tənqidinə səbəb olan düzəlişin dayandırılmasını uzatmamaq niyyətində olduğunu bəyan edib. Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirərək, ABŞ-a keçmiş dəstəyinə işarə edib və Vaşinqtonu ikili standartlarda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru