Raket hücumuna qarşı kütləvi dron hücumu - Kiyevin "məhsuldar" taktikası

Bu gün, 11:38           
Raket hücumuna qarşı kütləvi dron hücumu - Kiyevin "məhsuldar" taktikası
Ukrayna ilə əlaqəli Telegram kanallarında müzakirə olunurdu ki, bu ölkədə müharibə başlayandan sonra dron istehsalı kütləvi xarakter alıb. Yəni hökumət bu işi məqsədyönlü olaraq stimullaşdırıb. Təlimlər keçirilib, biznesə və hətta könüllülərə zəruri materiallarla təminata köməklik göstərilib.
Dövlət və özəl sektorda, hətta adi evlərin, obyektlərin zirzəmilərində gecə-gündüz hərbi məqsədlər üçün dronlar istehsal olunur.
Yəni burada hansısa peşəkar şirkətlər tərəfindən hazırlanan hərbi dronlardan deyil, adi vətəndaşlar tərəfindən kustar formada, uzaq məsafəyə kiçik həcmli partladıcı daşıya bilən dronlardan da söhbət gedir.

Ukraynada hərbi məqsədli dron istehsalı ilə peşəkar formada məşğul olan 200-dən çox şirkət olduğu bildirilir.
Son günlər Rusiya uzaqmənzilli raketlərlə Ukrayna ərazilərinə zərbələr endirir.
Ukrayna isə Rusiyanın ballistik və qanadlı raketlərinə qarşı kütləvi dron hücumu taktikasını seçib.
Ötən gün Ukrayna Rusiyaya qarşı bir gecədə ümumilikdə 337 dron hücumu edib, o cümlədən 91 dron hücumu da Moskvaya olub.
Bu artıq kütləvi dron hücumu hesab oluna bilər.
Görəsən eyni anda baş verən hücum zamanı dronların sayı daha çox, minlərlə olsa nə baş verəcək?
Xatırlayıram ki, Ukrayna rəsmiləri 2024-cü ilin sonuna kimi bu ölkədə 2 milyondan çox dron istehsal ediləcəyini bildirmişdi.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.