Abşeron təhsilində MALİYYƏ BÖHRANI - MAAŞLARI KİM 'BUDAYIB'?

12-03-2025, 10:06           
Abşeron təhsilində MALİYYƏ BÖHRANI - MAAŞLARI KİM 'BUDAYIB'?
Sosial şəbəkələrdə fəaliyyət göstərən “Təhsil Forumu” qrupunun üzvləri “Cebheinfo.az” redaksiyasına müraciət ediblər.

Bildirilib ki, kitabxana müdirləri 505 AZN əməkhaqqı alıb:

“Yanvarda artımdan sonra 2 ay 582 AZN maaş aldıq, “Sima” proqramında 715 AZN göstərirdi. İndi bu rəqəmi 650 AZN ediblər. Səbəbini bilmirik. Bütün Abşeron məktəblərində belə olub. Kitabxananın bütün cədvəlllərini, hesabatlarını, iş planını müdir hazırlayır, tədbirləri edir, ilin əvvəli və il ərzində şagirdlərin kitabla təminatını öz hesabına həyata keçirir.

Təkcə müdurlərin maaşı azalıb. Belə çıxır ki, təkcə müdir adına görə bu işlərin hamısın onlar etməlidir. Bu, məktəblik, direktorluq məsələ deyil. Ümumi Abşeron rayonu üzrə mühasibatlıqda “Sima” proqramı yeniləndi və hamımızda 715 AZN-i ləğv edilib, 650 AZN məbləğinə müqavilə bağlandı".

Məlumata görə, Xırdalandakı 1, 2, 3, 4, 5, 6 , 8, 9, 10 nömrəli, Qobu, Mehdiabad, Digah, Məmmədli, Novxanı məktəblərində bütün kitabxana müdirlərinin də maaşı azalıb.

Məsələ ilə bağlı “Cebheinfo.az” Abşeron - Xızı Regional Təhsil İdarəsinə müvafiq sorğu ilə müraciət edib. Məsələ öyrənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru