Məmməd Musayevin nümayəndəsi dövlətə borclanıb - FOTO

15-03-2025, 11:06           
Məmməd Musayevin nümayəndəsi dövlətə borclanıb - FOTO
"Savalan-Aspi Vayneri" MMC-nin (Savalan Aspi Winery) dövlətə külli miqdarda vergi borcu olması üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin hazırki vergi borcu 180 min manatdan çoxdur (182991.24 AZN).

Bildirək ki, adı keçən şərab şirkətinin sahibi iş adamı Əjdər Şəfizadə Rövşən Oğludur.

İnternet resurslarında araşdırma apardığımız zaman məlum olub ki, iş adamı Əjdər Şəfizadə Rövşən Oğlu Məmməd Musayevin prezidenti olduğu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Qəbələ rayonu üzrə nümayəndəsidir.

Xatırladaq ki, Məmməd Musayev Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti olmaqla yanaşı “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədridir.

Mətbuatdakı materiallarda Məmməd Musayevin "TuranBank ASC-nin əsl sahibi olduğu, oğlu Fuad Musayev isə banka xüsusi nəzarət etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru