Süni intellektlə bağlı qanunvericilik təkmilləşdiriləcək - VİDEO
Bu gün, 16:14

Azərbaycanda süni intellektlə bağlı qanunvericilik təkmilləşdiriləcək, hüquqi baza yaradılacaq.
Xezerxeber.az-ın məlumatına görə, növbəti illərdə həm dövlət, həm özəl sektoruda süni intelektin tətbiqi ilə xidmətlərin rəqəmsallaşmış formada göstərilməsi təcrübəsindən geniş istifadə ediləcək.
Nazirlər Kabineti bu məqsədlə Prezidentin "2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında" sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.
İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirir ki, bu qərarla süni intellektin inkişafı üçün milli prioritet sektorlar və məsul dövlət orqanları müəyyən ediləcək. Məqsədlərdən biri süni intellekt üzrə normativ hüquqi bazanın yaradılmasıdır. Bundan başqa, süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının təsdiq edilməsi də əsas tapşırıqlar arasındadır.
Ekspertin sözlərinə görə, süni intellektə mərhələli keçid davam edir.Yaxın illərdə qurumların ənənəvi olaraq, fiziki verdiyi xidmətlərin bir çoxu rəqəmsallaşdırılacaq.
Ənənəvi və fiziki xidmətlərin rəqəmsallaşdırılması, vətəndaşlara məsafədən, növbəsiz, operativ xidmətin göstərilməsi nəticədə insanların dövlət qurumları ilə münasibətdə məmnunluğunu artıracaq.