“Azərbaycan Sənaye Bankı” müştərisini xaricdə pis vəziyyətdə qoydu - ETİRAZ VAR...

Bu gün, 16:54           
“Azərbaycan Sənaye Bankı” müştərisini xaricdə pis vəziyyətdə qoydu - ETİRAZ VAR...
“Azərbaycan Sənaye Bankı”nın (ASB) mobil tətbiqindəki texniki məhdudiyyətlər ölkə xaricində yaşayan azərbaycanlılar üçün ciddi problemlər yaradıb.

Bu bankın mobil tətbiqi yalnız Azərbaycan və Türkiyə ərazisində işləyirmiş. Xaricdə olarkən isə hesaba giriş imkanı tamamilə itir.

Tribunainfo.az xəbər verir ki, xaricdə bu problemlə üzləşdiyi üçün çətin durumda qalan Rüfət Bayramlı problemini ictimailəşdirib. O qeyd edib ki, pulunu ASB-nin kartında saxladığı üçün peşman olub:

“Bir aydır Azərbaycandan kənardayam. Proqram sadəcə Azərbaycan və Türkiyədə işləyir. Sizə güvənərək pulumu kartda saxladım. İndi də tətbiqdən istifadə edə bilmirəm”.

Şikayətçi bank rəhbərliyinin və texniki heyətin məsuliyyətsizliyindən narazılığını ifadə edərək bildirir ki, bu məhdudiyyət ona həm gündəlik xərclərində, həm də kredit və kredit kartı öhdəliklərini yerinə yetirməkdə əngəllər yaradıb:

“Mən bu proqramın qlobal internet şərtlərinə uyğun işləməsini gözləyirdim. Ancaq görünür ki, ASB bankın “it şöbəsi” hələ də başa düşmür ki, internet sərhəd tanımır. ASB-nin mobil tətbiqinə təcili dəyişiklik edilmədiyi təqdirdə, məsələni Mərkəzi Bankına rəsmi qaydada şikayət edəcəyəm. Özünüzdə məsuliyyət hiss edib proqramı düzəldin”.

Qeyd edək ki, hazırda bir çox kommersiya banklarının mobil tətbiqləri müştərilərə ölkə xaricindən də maneəsiz xidmət göstərir. ASB-nin isə bu sahədə geri qalması narazılıqlara səbəb olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.