«Optimal Electronics» şirkəti Eldar Mahmudova məxsus olub..?

6-11-2016, 12:32           
«Optimal Electronics» şirkəti Eldar Mahmudova məxsus olub..?
Hazırda paytaxt Bakının bir neçə yerində vətəndaşlara xidmət göstərən «Optimal Electronics» Mağazalar Şəbəkəsi fəaliyyəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini (MTN) sabiq şefi Eldar Mahmudovun zamanında toxunulmaz obyek sayılırdı. teref.az xəbər verir ki, bu barədə nuh.az-a daxil olan bilgilərdə qeyd olunur ki, vətəndaşların adıçəkilən şəbəkədən şikayətlərinə baxmayaraq, heç bir qurum Eldar Mahmudovun və hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun qorxusundan «Optimal Electronics» şirkətinə yaxın dura bilmirdi. Deyilənlərə görə, hətta sözügedən mağazalar şəbəkəsinin sahibinin Eldar Mahmudovla şərik işlədiyi barədə məlumat da var. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, adıçəkilən şəbəkənin fəaliyyətilə bağlı son günlər ciddi araşdırma aparılır.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru