Klinikada həyəcanlı anlar- Jurnalistlərə hücum olundu (Video)

6-11-2016, 16:13           
Klinikada həyəcanlı anlar- Jurnalistlərə hücum olundu (Video)
Bu gün səhər saatlarında 8-ci kilometr qəsəbəsi, Çobanzadə küçəsində yerləşən klinikanın qarşısında qarşıdurmanın yaranması barədə redaksiyamıza məlumat daxil oldu

Bildirildi ki, ərazidə vəziyyətin gərginləşməsinə görə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları klinikanı mühasirəyə alıblar.

Hia.info xəbər verir ki, qanunsuz şəkildə klinikaya basqın edən “Riyad”ın işçiləri burada çalışanların fəaliyyətinə maneə olaraq, hətta xəstələrin həyatlarında da təhlükə yaradıblar. Saytın əməkdaşları hadisə vaxtı ərazidə olublar.

Hadisə yerinə gəldik, deyilənlərin eyniylə doğru olduğunu gördük. Lakin bundan öncə bizim Sumqayıt maşın bazarından olan yazılarımıza görə təqiblərinə məruz qaldığımız şəxslərin, İlham Qurbanov və ətrafının “qoçu” dəstəsi ilə bir yerdə burada yenə əvvəlki tək “lotuluq” etdiyini görüncə, məsələnin getdikcə daha da böyüməsini düşündük. Çəkilişlərə başladıq. Videogörüntülərdə klinikanın həkim kollektivinin şikayətləri öz əksini tapıb. Onların sözlərinə görə, bir qrup “terrorçu” tipli insanların səhər saatlarından xəstəxananı mühasirəyə alaraq, qanunsuz şəkildə heç kimi içəri buraxmamaları, üstəlik bu da azmış kimi qapını və klinikanın kassasını qırmaları işçiləri ciddi şəkildə narahat edib.

Xəsarət alan baş redaktor və susqun polis

Biz peşə fəaliyyətimizi yerinə yetirərək, insanların şikayətlərini lentə almağa başlasaq da, “Riyad” Mühafizə Xidmətinin bir sıra əməkdaşı tərəfindən hücuma məruz qaldıq. Nəticədə Hədəf İnformasiya Agentliyinin baş redaktoru xəsarət aldı. Əlimizdə olan kadrları qoruyub saxlamaq bahasına başımıza gələnlərdən dolayı, ətrafa toplaşan insanları və həkim heyətini sakitləşdirməyə çalışan polis əməkdaşlarının da buna heç bir reaksiyası olmadı.

Kadrlardan da açıq şəkildə görünür ki, polis əməkdaşlarının heç biri özünün kimliyini təqdim etmir və bu qanunsuzluğa nəinki göz yumur, həttə onları müdafiə də edir. “Biz ictimai asayişin qorunmasından sorumluyuq” deyən polis əməkdaşları açıq şəkildə vətəndaşların hüquqlarının pozulmasında yaxından iştirak edirdilər. Polislər jurnalistə olunan təziqi görərkən də susurdu.

DİN-ə müraciət olundu
Klinika qarşısında qarşıdurma
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ilə əlaqə yaratdıq. Ehsan Zahidov öz açıqlamasında qeyd etdi ki, polis vətəndaşı ictimaiyyətin hüquqlarının pozularkən qoruqda görəvlidir. Bundan əlavə yəqin ki, polislər sizin hücuma məruz qalmağınızı görməyiblər. Əgər həqiqətən belədirsə, bir daha yaxınlaşıb öz şikayətinizi bildirin. Bizə deyilənlərə əməl etməyə çalışsaq da, lakin, məhəl qoyan olmadı.

Bildiyiniz kimi, ötən yazılarımızda sizlərə İlham Məmmədov və onun cinayətkar dəstəsi haqqında məlumat vermişdik. Bir daha bu baş verənlərdən sonra, İlham Məmmədovun nə işlə məşğul olması, dolayısı ilə nə istəməsi bəs-bəlli ortadadır. Hal-hazırda qalmaqal yaşanan bu klinikanın qanunsuz olaraq, heç bir sənəd təqdim edilmədən mühasirəyə alınması nə dərəcədə doğrudur?

Jurnalistə edilən təziqlərə görə Mətbuat Şurasının sədri, millət vəkili cənab Əflatun Amaşova, Daxili İşlər Naziri cənab Ramil Usubova, Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova da saytımız adından rəsmi müraciət etdik. Ümidvarıq bizə edilən bu hücumlar cavabsız qalmayacaq.
[media=https://www.youtube.com/watch?v=w0Mxnsj7aqs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.