36 nazirlik və komitənin bazasında 20 nazirlik yaradılacaq

7-11-2016, 01:16           

İlin sonuna qədər ilk radikal struktur dəyişikliyi Nazirlər Kabinetində olacaq. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin indiki tərkibi 50 faizə qədər kiçiləcək: Baş nazirin müavinləri elliklə istefaya göndəriləcək. Bundan başqa, 36 qurumun bəziləri ləğv ediləcək, bəziləri birləşdiriləcək, bəziləri isə yenidən təşkil ediləcək. Bu qurumların sayının 20-yə çatdırılması nəzərdə tutulur. Baş nazirin 2 müavinin (Əli Əhmədov və Əli Həsənov) bəzi müavinlərinin yeni kabinetdə də yer alacağı gözlənilir.

İstiqlal.az xatırladır ki, hazırda Nazirlər Kabinetinin tərkibi 42 nəfərdən ibarətdir - baş nazir, onun 6 müavini, 19 nazir, 9 komitə sədri, 2 administrasiya rəisi, 6 xidmət rəisi (Baş nazirin müavini Əli Həsənov həm də Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir).

Mənbənin məlumatına görə, Nazirlər Kabinetinin indiki tərkibinin 50 faiz ixtisarı həm xərclərin optimallaşdırılması, həm də yeni yaradılacaq vitse-prezidentlik təsisatı ilə bağlıdır. Vitse-prezidentlik institutunun Nazirlər Kabinetindən fərqli olaraq işlək təsisat olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.