Akif Çovdarovun sürücüsü oğlunu TƏKZİB ETDİ - "Akif Çovdarovun Badamdarda üç villası, Novxanıda bağ evi və sirkin yanında evi var"

7-11-2016, 16:15           
Akif Çovdarovun sürücüsü oğlunu TƏKZİB ETDİ - "Akif Çovdarovun Badamdarda üç villası, Novxanıda bağ evi və sirkin yanında evi var"
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin bəzilərinin ifadələri məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə şahid qismində dindirilənlər arasında Akif Çovdarovun qızı Aidanın həyat yoldaşı Qasımov Rövşən İsa oğlu da var. Rövşən Qasımov ibtidai istintaqa ifadəsində bildirib ki, 1987-ci ildən bu günədək Rusiya Federasiyasının Moskva və Sverdlovsk şəhərlərində ağac emalı biznesi ilə məşğul olur. Ailə qurduqdan sonra arvadı Aida Qasımova ilə Rusiya Federasiyasına köçüb və biznesini davam etdirib.

O, əvvəlcə Elşənə 110.000 ABŞ dolları, 2006-cı ilin mart-may ayında 70.000 ABŞ dolları göndərib. Elşən isə bazar alınarkən 45.000 ABŞ dolları pul qoyub. Bazarla bağlı hər bir səlahiyyəti Elşənə verib. Hətta bazar alınarkən tam olaraq Elşənin təsisçisi olduğu “Nəzrin E” MMC-nin tərkibinə keçirilib. 2013-cü ildə Elşənə pul lazım olduğundan bazarın alınması üçün qoyduğu 45.000 ABŞ dollarının bir hissəsini götürüb, həmin vaxt “Nəzin E” MMC-nin 50 faizini Aida Qasımovanın adına keçirib. Meyvə-tərəvəz bazarının 50 faizi Aida Qasımovaya, 50 faizi isə keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun arvadı Əsədova Nüşabə Ənvər qızına aiddir. Bazardan gələn qazancın 10 faizini bu günədək Elşənə verir, Elşən isə bazarı idarə edir. Bazarı biznesindən qazandığı pulla alıb, bazarın Akif Çovdarova heç bir əlaqəsi olmayıb.

2005-ci ilin dekabr ayında Rusiyada olarkən Elşən Hüseynov adlı şəxs ona zəng edərək 230.000 ABŞ dollarına Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 50 ünvanda yerləşən “Meyvə-tərəvəz” bazarının 50 faizinin satıldığını bildirdikdə Elşənə hazırda 110.000 ABŞ dolları pulunun olduğunu, həmin məbləği göndərə biləcəyini deyib. Elşən ona pulu göndərməyini, həmin bazarın 50 faizini şərikli almağı təklif edib.

O, əvvəlcə Elşənə 110.000 ABŞ dolları, 2006-cı ilin mart-may ayında 70.000 ABŞ dolları göndərib. Elşən isə bazar alınarkən 45.000 ABŞ dolları pul qoyub. Bazarla bağlı hər bir səlahiyyəti Elşənə verib. Hətta bazar alınarkən tam olaraq Elşənin təsisçisi olduğu “Nəzrin E” MMC-nin tərkibinə keçirilib. 2013-cü ildə Elşənə pul lazım olduğundan bazarın alınması üçün qoyduğu 45.000 ABŞ dollarının bir hissəsini götürüb, həmin vaxt “Nəzin E” MMC-nin 50 faizini Aida Qasımovanın adına keçirib. Meyvə-tərəvəz bazarının 50 faizi Aida Qasımovaya, 50 faizi isə keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun arvadı Əsədova Nüşabə Ənvər qızına aiddir. Bazardan gələn qazancın 10 faizini bu günədək Elşənə verir, Elşən isə bazarı idarə edir. Bazarı biznesindən qazandığı pulla alıb, bazarın Akif Çovdarova heç bir əlaqəsi olmayıb.

Bundan əlavə R. Qasımov ifadəsində göstərib ki, “Aqua Agro” MMC-nin direktorudur. Həmin MMC-ni təsis etməkdə məqsəd Abşeron rayonu Masazır qəsəbəsi, Şuşa qaçqın şəhərciyinin arxasında yerləşən “Bəhrə 2010” MMC-yə məxsus istilikxanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaratmaq olub. Bu məqsədlə Masazır bələdiyyəsindən 99 il müddətinə 2 hektar torpaq sahəsi icarəyə götürüb. “Aqua Agro” MMC 26.09.2013-cü ildə qeydiyyata alındıqdan sonra həmin ərazidə tikintiyə başlayıb və 2015-ci ilin yayında tikintini yekunlaşdırıb. Lakin qayınatası Akif Çovdarov həbs edildiyindən və sonuncunun kürəkəni kimi kredit almaq üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etməkdən utandığından həmin tikili üçün heç bir avadanlıq ala bilməyib. Həmin tikiliyə təxminən 500-600 min manat arası vəsait sərf edilib. “Aqua Agro” MMC-nin ilk təsisçisi onun xahişi ilə Cəfərov Məmməd İsa oğlu olub. Cəfərov Məmmədi 2000-ci ildən tanıyıb. Onunla uzun müddət şərikli taxta biznesi ilə məşğul olduğundan aralarında partnyorluq münasibətləri yaranıb. Bu səbəbdən Məmməd Cəfərov onunla “Aqua Agro” MMC-nin balıqçılıq təsərrüfatının tikintisinə şərik olmağa razılıq verib. Həmin tikintiyə sərf edilən vəsaitin təxminən 450 000 manatı Məmməd Cəfərov tərəfindən, qalan hissəsi isə onun tərəfindən ödənilib. 2014-cü ilin dekabr ayının 21-də ölkədə baş verən devalvasiyasından sonra Məmməd Cəfərovun maliyyə vəziyyəti bir qədər çətinləşib və balıqçılıq təsərrüfatının tikintisi işindən çıxmaq qərarına gəlib. Həmçinin öz qoyduğu vəsaiti qaytarmasını istəyib. O, sonuncunun tikintiyə qoyduğu vəsaiti birdən qaytarmaq imkanında olmadığını bildirib. Məmməd Cəfərovla onun sərf etdiyi vəsaiti hissə-hissə qaytarmaq barədə razılığa gələrək ilk olaraq Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən ayda 5 vaqon taxta gətirib sataraq ödəmək barədə razılaşıblar. Lakin taxta alqı-satqısı zəiflədiyindən Məmməd Cəfərov qoyduğu vəsaitin qaytarılmasını tezləşdirməsini xahiş edib. O da bu məqsədlə 2015-ci ilin aprel ayında SKMF-dan kredit götürə bilmək üçün “Aqua Agro” MMC-ni qayınanası Çovdarova İbadət Rza qızının adına keçirib. Çünki “Bəhrə 2010” MMC də qayınanası İbadət Çovdarovanın adına olub və kredit götürə bilmək üçün kredit mütəxəssislərinə fəaliyyət göstərən şirkət göstərmək lazım gəlib. Həmin vaxt “Bəhrə 2010” MMC-nin istilikxanaları fəaliyyət göstərdiyindən MMC-ni 20.04.2015-ci ildə qayınanasının adına keçirib, özü də həmin MMC-nin direktoru təyin edilib. Bundan sonra kredit almaq üçün kredit mütəxəssisləri ilə məsləhətləşmələr aparıb. Mütəxəssislərin məsləhəti əsasında “Aqua Agro” MMC-nin yerləşdiyi torpaq sahəsi ilk təsisçi Cəfər Məmmədovun adından çıxarılaraq 06.10.2015-ci ildə İbadət Çovdarovanın adına rəsmiləşib. Məmməd Cəfərovun təxminən 57.000 manatını qaytarıb.

Akif Çovdarovun şahid qismində dindirilmiş sürücüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi texniki və sosial təminat idarəsinin nəqliyyat şöbəsinin əməliyyat sürücüsü, baş gizir Atakişiyev Nurxan Aslan oğlu ifadəsində göstərib ki, 2005-ci ildən Akif Çovdarovun sürücüsü olub. O bildirib ki, Akif Çovdarovun Masazır qəsəbəsi ərazisində istilikxana və balıqçılıq təsərrüfatı var. Bundan başqa, onun Kürdəmir rayonunda dostu Fəttahın işlətdiyi balıqçılıq təsərrüfatının da olduğunu bilir. Həmin yerə dəfələrlə gedib və qonaqlıqlarda da olub. Sürücü ifadəsində deyib ki, Akif Çovdarovun Badamdar qəsəbəsində yanaşı yerləşən 3 villası, Novxanı kəndində bağ evi və «AF Center»də - sirkin yanında evi var. Onun özünü və ailəsini dəfələrlə həmin ünvanlara aparıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.