Kremlin ruporları Azərbaycana qarşı informasiya müharibəsində düşmənləri ilə birləşməyə hazırdılar... Misal üçün...

Bu gün, 10:14           
Kremlin ruporları Azərbaycana qarşı informasiya müharibəsində düşmənləri ilə birləşməyə hazırdılar... Misal üçün...
Azərbaycan Mətbuat Şurasının Rusiya Federasiyasının son illərdə kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə etməsinə dair faktlarla zəngin bəyanatı Kremlin mətbuat siyasətinə rəhbərlik edənlərin narazılığına səbəb olub və onlar “Rossiya Segodnya”nın baş direktoru Dmitri Kiselyovu qabağa veriblər. O Mətbuat Şurasının bəyanatını məntiqsiz adlandırıb və bildirib ki, bəyanatda “Sputnik Azərbaycan” agentliyinin rəhbərliyinin Rusiya kəşfiyyatı ilə əlaqəsinə dair heç bir fakt göstərilməyib. Halbuki, Mətbuat Şurasının bəyanatında “Sputnik Azərbaycan” agentliyinə son illərdə rəhbərlik edənlərin “fəaliyyətləri” əks olunub və bu “fəaliyyətlərinə” görə hansı ölkələrdən qovulduqları sadalanıb.
Kremlin ruporları Azərbaycana qarşı informasiya müharibəsində düşmənləri ilə birləşməyə hazırdılar. Misal üçün “Sputnik Ermənistan” agentliyi Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ-da Azərbaycan əleyhinə keçirdiyi görüşlərə informasiya dəstəyi verib. Xəbərdə amerikalı konqresmenlərin Oskanyanın “ermənilərin Qarabağa qayıtmalarını təmin etmək lazımdır” “konsepsiyasını” dəstəklədikləri bildirilib. Halbuki, həmin konqresmenlər Ukraynaya qarşı işğalçı müharibəyə görə Rusiyaya qarşı sərt addımlar tələb etdikdə, Kremlin ruporları ya bunun üstündən sükutla keçir, ya da Vaşinqtonu top atəşinə tuturlar, Azərbaycan əleyhinə olduqda isə anti-Azərbaycan qüvvələr birləşir.
Elxan Şahinoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.