Jurnalist Zabil Müqabiloğlundan YENİ XƏBƏR - ÇOX AĞIR VƏZİYYƏTDƏDİR

8-11-2016, 20:01           
Jurnalist Zabil Müqabiloğlundan YENİ XƏBƏR - ÇOX AĞIR VƏZİYYƏTDƏDİR
Hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında olan jurnalist Zabil Müqabiloğlunun vəziyyəti çox ağırdır.

Lent.az-ın jurnalistin yaxınlarından əldə etdiyi məlumata görə, dünən səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Z.Müqabiloğlu palataya köçürülüb: “Həkimlər deyir ki, yaşamaq şansı çox aşağıdır. Sabah yekun qərarlarını elan edəcəklər. Əgər sağalma ehtimalı varsa, müalicəsi davam etdiriləcək, əgər şansı yoxdursa, evə çıxarılacaq”.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az-a bildirilib ki, xəstənin həyatda qalmaq ehtimalı aşağıdır: "Səhhəti çox ağırdı. Hazırda palataya köçürülüb. Müalicəsi davam etdirilir".

Qeyd edək ki, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru