Rusiya ilə sərhəddə gözləmə – 200-dək yük maşını növbə gözləyir

11-11-2016, 14:28           

Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.teref.az - nun məlumatlna görə, ərazidə təxminən 200-dək yük maşını Rusiyaya keçmək üçün növbə gözləyir.
Sürücülərin sözlərinə görə, bu durum 2 gündür yaşanır. Rusiyaya müxtəlif çeşidli mal aparanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı Rusiya və İrandan olan sürücülər də var. Onlar problemin Rusiya tərəfi ilə bağlı olduğunu iddia edirlər. Qeyd edək ki, Dövlət Gömrük Komitəsi saytında artıq bu sıxlığın səbəbi açıqlanıb.
11: 32
Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.
Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.