FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ SƏLAHİYYƏTİNİN MƏNİMSƏNİLMƏSİNƏ NİYƏ SUSUR? İCRA BAŞÇILARI NAZİRİN SƏLAHİYYƏTİNİ “JEK”Ə TAPŞIRIB(??)
12-11-2016, 01:20
İcra hakimiyyətlərinin özbaşınalığı,səlahiyyətini azması-aşması,hətta vəzifəsinin nədən ibarət olmasını bilməməsi günümüzün acı gerçəyidir.Bu azğınlıqdan,özbaşınalıqdan ziyan çəkən isə təbii ki sıradan vətəndaşlardır.Torpaq,tikinti,yaşayış sahəsində daha qabarıq üzə çıxan icra özbaşınalığından,bu sahədəki korrupsiyadan nəzarətedici,bağlantılı qurumlar bilgili olsalar da daha çox susmağa üstünlük verildiyindən vətəndaşlar çıxış yolunu qanunsuz sövdələşmələrdə görür.Qanunsuz yolu seçməyənləri isə ya intihara çatdırırlar,ya da dəlixanaya.
20 Yanvar əlili Kifayət Qurbanova 10 ildir Binəqədi rayonunun Xocahəsən qəsəbəsində pulu ilə bələdiyyədən torpaq alıb,özünə ev tikib.İndi 3 ildir bu evin nə qeydə alınmasına,nə də layihə əsasında yenidən qurulmasına Binəqədi rayon icra hakimiyyəti saxta qanunvericilik əsası ilə yol verir.Maraqlıdır ki,20 Yanvar əlili xanımın qonşuluğundakı evlər qeydə alınıb,amma əlilin öz pulu ilə aldığı əmlakını qanunsuz edib evini sökməklə hədələyirlər.İstənilən halda prezidentin qanunsuz tikililərin sənədləşdirilməsi haqqında sərəncamına uyğun olaraq 20 Yanvar əlilinin evini icra hakimiyyəti sökə bilməz.Bu bir.İkincisi də necə olur,qonşuluqdakı evlər qeydə alınır,amma əlilin evi “buldozerə qonaq edilir”?4-5 il öncə Sabunçu RİH Bakıxanov qəsəbəsində yaşayan 2-ci qrup Qarabağ əlili Güloğlan Süleymanovdan 50 ilin evini öz hesabına layihə əsasında yenidən tikməsinə 20 min manat istəyib,”güzəştlə” 10 minə düşmüşdü.Axırı Qarabağ əlilini canından bezdirəndən,intihar təhlükəsindən sonra 2 il qabaq G.Süleymanov evini yenidən tikə bildi.Basında Sabunçu RİH-in özəl torpağı olan sakindən hasar çəkməyə torpağın hər sotuna 2500 manat tələb etməsi barədə yazılar gedib.Tanınmış vəkil Aslan İsmayılov qanunun tələbini başa salandan sonra isə RİH-in göstərişilə torpağa dövlət qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində etibarsız sayılması qərara alınıb və vətəndaş “komunxoz” Həbibin qərarı ilə torpağından məhrum olunub.Belədə deyiblər,qaş düzəltmək istəyirdi,gözünü çıxardı.Bu sətirlərin yazarının 25 il qabaq icarə müqaviləsilə istifadəsinə verilən bağ evində yardımçı tikili tikməsinə də Sabunçu RİH torpağın özəlləşməməsini əsas gətirirək yol verməyib.Fikir verin,torpağını özəlləşdirənin qeydiyayatını ləğv etdirirlər,icarəçidən isə özəlləşdirmə sənədi tələb edirlər!(??) Bəs qanun nə deyir?
Azərbaycan Respublikasının 29.06.2012 tarixli “Şəhərsalma və Tikinti Məcəlləsi”inin 4.3 və 5.2 maddələrində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini və dövlətin səlahiyyətlərini Prezidentin 04.09.2012 tarixli 695 saylı fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN),Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin,yerli icra hakimiyyəti orqanlarının həyata keçirməsi təsbit olunub.Sözügedən Məcəllənin 79-cu (“Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri”) maddəsində mülkiyyətdə,icarədə və istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr,sahəsi 100 kvadrat metr olan yardımçı tikililərin və s.tikintisinə icazə tələb olunmur.Bu ölçülərin hədlərini keçən tikililərə isə məlumatlandırma icraatı tətbiq olunur.Məcəllənin 80-ci (“Məlumatlandırma icraatı”) maddəsində mərtəbələrinin sayı 3-dən,hündürlüyü 12 metrdən,aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə icazə tələb olunmadığı,yalnız məlumatlandırma icraatının həyata keçirildiyi və tikintinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanmasının tələb olunduğu yazılıb.80.4 maddəsinə görə sifarişçi,yəni tikinti aparan şəxs niyyətini müvafiq icra hakimiyyəti orqanına (prezidentin fərmanına görə yerli icra hakimiyyətinə) bildirir və memarlıq planlaşdırma bölməsini bu orqana təqdim edir.1 ay müddətində irad bildirilməsə,sifarişçi tikintiyə başlaya bilər.Göründüyü kimi,icra hakimiyyətlərinin ,özü də “JEK”ləri “nəzarətçi” etməklə tikintiyə icazə tələb edib tikintini dayandırmaları qanunsuzdur.Məcəllənin 80.5 maddəsində barəsində məlumatlandırma icraatı tələb olunan obyektlərin qanuna uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı adından FHN-in həyata keçirməsi yazılıb.Bəs FHN səlahiyyətinin mənimsənilməsinə niyə göz yumur?Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır?Niyə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evin 4 yandan bir metr aralıqda hasarlanmasına,pandüsün olmamasına,otaqların divarlarının hündürlüyünün normadan(ən azı 2,7 metr) az olmasına,adi kanalizasiyanın belə çəkilməməsinə,sosial infrastrukturla təmin olunmamasına,yanğından təhlükəli olmasına hüquq qiyməti verilmir,amma əlil özünə sığınacaq tikəndə qanunsuz icazə tələb olunur?Necə olur,icra başçıları,rayon təsərrüfat şöbəsinin müdirləri və s.hektarlarla torpağı ələ keçirir ,zəbt etdikləri əlillərin yaşayış ,bağ evlərinin yerində-yanında çöxmərtəbəli qəsrlər-villalar tikir,amma bağlantılı qurumlar susur?Deməli,torbada pişik var...
Aslan
teref.az