“İki milyonçunun “Nikoylbank”ı bizi soyur” - Müdhiş ittihamlar
12-11-2016, 00:44
“Ümidimiz Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlıyadır. “Nikoylbank”da bizləri rəsmən soyurlar, faiz almaqla yanaşı, əlavə ödənşlər etməyimizi tələb edirlər. Elə belə də devalivasiya belimizi qırıb, bu tərəfdən də bankın İdarə Heyətinin sədrinin 1-ci müavini Fərhad Hacinski başımıza oyun açır”. Masallı şəhər sakini Orucağa Azad oğlu Əhədov Politika.Az-a belə deyib. Onun sözlərinə görə bankdakı üzləşdikləri qanunsuz yığımlarla bağlı F.Hacınskinin qəbuluna düşmək istəyiblər: “Bütün nazirlərimiz şəhər və kəndlərə gedir, camaatı qəbul edib dinləyirlər. 10 gündür ki, banka ayaq döyürük, amma Fərhad Hacınskinin qəbuluna düşmək olmur. Bankdan 8 dekabr 2015-ci ildə kredit götürmüşəm. Qızıl girov qoymuşam. Razılaşmamız olub ki, qızılları dəyişə-dəyişə hər ay ana məbləğdən və faizdən azaldacağam. “Nikoylbank”ın İdarə Heyətinin sədr müavini Vasiliy Xamaza devalivasiyaya qədər bizdən girovları dəyişəndə 20 manat haqq alırdı. Amma devalivasiyadan sonra bu qaydanı ləğv etdi. Üstəlik faizləri dolları 1.05 manat olmaqla hesablanmasına göstəriş vermişdi. Onun yerinə Fərhad Hacınski təyin edildikdən sonra bizdən faizlər də, əlavə 20 manat da alınır, üstəlik dolları da 1 manat 75 qəpik hesabı ilə götürürlər”. O.Əhədov deyir ki, F.Hacınskinin sahibkarlara qarşı yeritdiyi siyasət ümumilikdə ölkə rəhbərliyinin siyasətinə ziddir: “Bu adam devalvasiya dövründə nə fikirləşib mənim kimi kiçik sahibkarları soyur bilmirəm. Banka gedirik, departament rəhbəri var, Elnur Vəliyev dinləyir, bizə açıq-aydın deyir ki, gedin özünüzü yandırın, istəyirsiz öldürün. Ona deyirəm ki, Masallıdanam, orada əkin-biçinlə məşğulam. Banka xeyli xeyir vermişəm. Elnur Vəliyev deyir ki, get nə bilirsən elə. Girov qoyduğumuz malı da vermirlər. Hegemonluq edirlər. Rüfət Aslanlıya da müracət ünvanlamışıq. Xahiş edirik ki, Fərhad Hacınski və Elnur Vəliyev haqda tədbir görülsün. Elə ay olur ki, bizdən 700-800 manat əlavə pul alınır və bu pul faizlərdən, əsas məbləğdən çıxılımır”. Qeyd edək ki, Bankın səhmlərinin yarıdan çoxu “Topaz İnvestments” QSC-yə, 1 faizi İsgəndər Xəlilovun sahib olduğu “İSR Holding” MMC-yə, yerdə qalan hissəsi isə Rusiyada yaşayan azərbaycanlı biznesmen Vahid Ələkbərova məxsusdur.