NHMT rəhbəri Mirvari Gahramanlidan SOCAR Baş Ofisi, Azneft İB və Dövlət Əmək Müfəttişliyi Xidmətlərinə "maraqlı" suallar...
Bu gün, 09:46

TEREF yazır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) rəhbəri Mirvari Gahramanli SOCAR Baş Ofisi, Azneft İB və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyinə müraciətində yazır:
Neftçi soruşur ki:
Hörmətli SOCAR Baş Ofisi, Azneft İB və Dövlət Əmək Müfəttişliyi Xidməti!
SOCAR-da təhsil ixtisası fəaliyyət istiqaməti üzrə uyğun olan ali və orta ixtisas təhsilli fəhlələrin mühəndisliyə sistemli şəkildə hazirlanmasi, şirkətə daha səriştəli mühəndislərin yetişdirilməsi və mühəndis vakansiyalarinin daxili namizədlər hesabina effektiv şəkildə komplektləşdirilməsi məqsədilə Mühəndis İnkişaf Proqraminin (MİP) fəhlədən mühəndisə metodikasinin həyata keçirilməsi tədbirini alqışlayırıq.
Amma həmin proqramin tələblərində "potensial namizədlərə" aydin olmayan bəzi məqamlar var:
1-ci şəkilə aid sual:
- Əmək müqaviləsində nəzərdə tutulan hansi konkret şərtdən gedir söhbət?
- Keçid balini toplaya bilməyən iştirakçi əvvəlki peşəyə, bu mümkün olmadiqda analoji digər peşəyə, bəs analoji digər peşəyə də imkan olmasa işçinin taleyi necə olacaq?
- Əgər məqsəd həqiqətən işçilərin karyera inkişafina yönəlibsə onda nəyə görə şərtlər bu qədər riskli və müəmmalidir?
2-ci səkilə aid sual:
-Qirmizi çərçivəyə alinmiş şərt Azərbaycan Respublikasi Əmək Məcəlləsinin hansi maddəsinə əsaslanir?
-Bu proqramin şərtlərini kim və hansi normativ hüquqi aktlara uyğun tərtib edib bilinmir amma bu proqram işçilərin karyera yüksəlişindən daha çox sürətli karyera enişinə hesablanmiş kimi görünür.
-Ümumiyyətlə bu tələblər artiq Azərbaycan Respublikasının neft sənayesi sahəsinə aid olan qulluqçu vəzifələrinin
Tarif İxtisas Sorğu Kitabçasında varsa bu MİP-na nə ehtiyac var?
3-cü səkilə aid sual:
- VTİSK-in neft sənayesində olan qulluqçulari üçün nəzərdə tutulmuş tələblərdə MİP barədə hardasa nə isə qeyd olunubmu?


