Quba-Xaçmaz regional təhsil idarəsi ən yüksək bal yığan müəllimi işsiz qoyub - Anlaşılmaz qərarlar ilə

Bu gün, 09:47           
Quba-Xaçmaz regional təhsil idarəsi ən yüksək bal yığan müəllimi işsiz qoyub - Anlaşılmaz qərarlar ilə
TEREF yazır ki, sosial şəbəkədə MİQ imtahanında region üzrə ən yüksək nəticə göstərən müəllim (84 bal) Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərarları işsiz qalıb. Sosial şəbəkədə şikayətini ictimailəşdirən Orxan Kərimovun yazdıqlarını təqdim edirik:
"Kharimov Orkhan
Jurnalist dostlardan xaiş edirəm məsələni diqqətdə saxlasınlar
MİQ imtahanında region üzrə ən yüksək nəticə göstərən müəllim idim 84 bal ilə ( bir nəfər sonradan Xaçmaza 86 bal ilə yerdəyişmə etmişdi ),ama daimiləşə bilmədim bu bal ilə.
Səbəb də Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərarları oldu.
Xaçmaza yaxın kəndlər,Xaçmazın özündə tarix müəllimliyi üçün boş yerlər var idi,ama o yerlər vakansiyaya çıxarılmadı.
Bununla bağlı Xaçmaz rayon təhsil idarəsinə müraciət etdim. Onlar da cavabında “həmin yerlərin 7,8 nömrəli məktəblərin lisey ediləcəyini və həmin məktəblərdəki boş yerlərin də 7,8 nömrəli məktəblərin müəllimləri üçün bron edildiyini”dedilər.
Niyə məhz Xaçmaza yaxın yerlər və Xaçmazın özündə olan yerlər həmin müəllimlər üçün bron edilir,ama MİQ-dən yüksək nəticə göstərmiş müəllimlər üçün vakansiyaya 8 saatlıq,Xaçmazdan uzaq 9 illik 12-13 saatlıq məktəblər vakansiyaya çıxarıldı ?!
Niyə həmin müəllimlər MİQ imtahanı vermədən Xaçmaza yaxın,dərs saatı yüksək məktəblərdə daimiləşdirilir ( bu hadisə Siyəzən rayonunda da baş verdi bu il ). Hər halda illərin müəllimidilər,MİQ-dən qorxacaq deyillər.
Sizlərin nə marağı ola bilər bu özbaşbalıqı yaratmaqda ?!"

Quba-Xaçmaz regional təhsil idarəsinin cavabını səbirsizliklə gözləyirik!
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru