UEFA Superkuboku: PSJ penaltilər seriyasında qalib gəldi VİDEO

Bu gün, 11:08           
UEFA Superkuboku: PSJ penaltilər seriyasında qalib gəldi  VİDEO
UEFA Superkuboku uğrunda matç başa çatıb.

Oxu.Az xəbər verir ki, İtaliyanın Udine şəhərində yerləşən "Dacia Arena" stadionunda UEFA Çempionlar Liqasının qalibi PSJ ilə UEFA Avropa Liqasının qalibi "Tottenhem" üz-üzə gəliblər.

İngilislər 39-cu dəqiqədə Van de Venin qolu ilə hesabı açıblar. 48-ci dəqiqə Romero fərqi artırıb - 0:2.

85-ci dəqiqədə Paris təmsilçisi Li Kan İnin sayəsində bu qollardan birinin əvəzini çıxmağı bacarıb. 90+4-cü dəqiqədə isə PSJ Ramuşun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib - 2:2.

Qarşılaşmanın əsas vaxtı heç-heçə bitdiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq olan (4:3) Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokuna yiyələnib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru