Tramp Zelenskiyə ərazilərdən imtina təklifi edib

Bu gün, 09:18           
Tramp Zelenskiyə ərazilərdən imtina təklifi edib
ABŞ prezidenti Donald Tramp deyib ki, o, “ərazil mübadiləsini" Rusiya və Ukrayna arasında sülh sazişinin zəruri hissəsi hesab edir, lakin bu məsələ ilə bağlı yekun qərarlar verə bilməz.

AYNA.AZ "Axios"a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu fikri Ukrayna prezidenti Vladimir Zelenski və Avropa ölkələrinin liderləri ilə söhbəti zamanı bildirib.

Portalın məlumatına görə, Amerika prezidenti onu da qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşdə məqsədləri atəşkəsə nail olmaq və tam sülh sazişinin mümkün olub-olmadığını anlamaqdır.

Finlandiya prezidenti Alexander Stubb Ukrayna ilə bağlı onlayn görüşdən sonra bildirib ki, qarşıdakı günlər və həftələr həlledici ola bilər.

“Biz atəşkəs və davamlı və ədalətli sülhə nail olmaq üçün birlikdə çalışırıq. Biz Ukraynanı dəstəkləyirik. Yaxın bir neçə gün və həftələr həlledici ola bilər”, – o, X sosial şəbəkəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru